İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Blogcamp CEE 2008

16.10.2008

Oktyabr-ın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.

Azərbaycandan mənXəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda  yerləşdirəcəyəm.

Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.

Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uöur diləyirəm.

Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.

şərh yaz
  Blogcamp CEE 2008