İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

İntrans-da İntrnet-in vəziyyəti...

02.03.2008

Bəli bəli İntrnet, bizdə İnternet yoxdur. İnternet Avropa və Amerika ölkələrindədir. Azərbaycandakı İntrnetdir tr-ıldaya tr-ıldaya giririk internetə.

Bu arada İntrans şirkətinə minnətdarlığımı bildirirəm ki onun hesabına 2 kinoya baxdım, artıq bəlkə də 1 ay olar ki kinoya baxmırdım. Nə isə indi isə keçim mətləbə 2-3 gün olar ki özümə İntrans-ın aylıq kartını almışam. Sinirlərimi möhkəmləndirmək üçün çox gözəl kart-dır.

İlk öncə nömrəyə qoşulanda dial limitə görə avtocavab verən robert bir az deyinir ki hal hazırda nömrələrimiz məşğuldur. Beləcə kinonun 20-30 dəqiqəsinə baxırsan və kinonun maraqlı yerində görürsən ki aha sevimli modemin qapıları açıldı və çığğğ, düüdd, bibbb..aha qoşulur, qoşulur...Verifying username and passvord...Registering computer on netvork və drınqqq çıxır ki Remote Kompüterə nəzarət edən admın yatıb, nə isə 733 error çıxır və tullayır bayıra səni...Sevinirəm və qayıdıb yenidən kinoma baxmağa başlayıram, həə...bir az kinoya baxdım və sonra yenə də qoşulmaq istədim...

Yenə eyni proses, uraaa..quşuldu...Aha 15-20 dəqiqə işlədim, yenə internet tulladı...

Qayıtdım kinoma baxmağa...Uje II hissəsinə baxmağa başladım, beləcə II hissənin sonuna yaxın internet istədiyim kimi qoşuldu, SUPER 46.6 kbps ilə quşulmuşam ee internetə, indi bu yazını yazım atıram internetə və gedim yatım :) Bəsdir internetdə süləndim...

Qeyd edim ki Baxdığım kino fantastika janrında idi.

şərh yaz
  İntrans-da İntrnet-in vəziyyəti...

Şərhlər

elshan

06-03-2008, 22:44

Salam qardash bu yara tek senin deyil butun Azerbaycan internet istifadecilerinindir.Menim dosdum Amerikanin bir shtatinda olur ve o mene deyir Azerbaycanda ne vaxtan beri internet olub bizde interneti alver kimi ticaret kimi yani uzun sozun qisasi alverciler nece keyfiyyetsiz kitay mallarini satir elece de internet provayderleri.Dedelerinin qiymetini cindir internete qoyur birde deyim Elmlar Akademiyasi metrosunun chixishinda VIP internet klubu var orada surret yaxshidir.

Oxchu

04-03-2008, 12:12

@Rafiq

ay rafiq qardaş elə bilirsiz ADSL almaq elə asan məsələdir. ucuzduq adamnan gen qaçanda qaçıre. məsələn bu ADSL satan provayderlərdən bir az cibə görə olanı ilə maraqlananda deyirlərki o ATS nömrəsinə çəkimiri, bu ATSə canımız çıxır o birisi xoşumuza gəlmir. bunun kimi də digərləri. camaatda unlimited sürət 20 USD olanda bizdə qiymət vutub çıxıb kəllə çarxa....

Rafiq

04-03-2008, 10:33

Başa düşmədim axı dial upla nə sürət əldə etmək fikrindəsiniz ki?

SOnra da deyirsiz inkişaf yoxdur gedin adsl alın, normal sürətlə də istifadə edində..

Rəşad Əliyev

03-03-2008, 18:31

Deyirəm bu intrans-ın hesabına Help-də olan bütün Connection Error xodları haqqında da öyrəndim :)
Qəribə qəribə səhvlər verir eee..:)

Cəbrayıl

03-03-2008, 15:32

Salam. Əvvəlcə saytınız mübarək. Uğurlar. Internet provayderdi nedi bunlardan men de lap bezmişem. Azeronline-dan başlamışdım, bir ara Adanet istifade eledim. Axır vaxtlar intrans istifade edirdim. Adanet ve intrans bele de... son defe internet kart alanda intrans yox idi azeronline aldim. Aldığıma min peşimanam... Reşad intans pisdirse, gör onda azeronline nece berbaddir:)

Aygun Islamzade

03-03-2008, 15:18

Azeronline istifade elemishem hemishe, heqiqeten son vaxtlar chox zayi chixib, bu sebebden de tecrubeden kechirtmeye bashladim bashqa provayderleri. Oxygen berbad, Aztelekom berbad.. Tecrubelerim davam edir.

Rəşad Əliyev

03-03-2008, 15:01

Dial Up belə çox olacaq bizdə, getməklə burdan İnternetimiz güclənməyəcək :)
Arada elə olanda 9070-ə sms göndərib 1-2 saatlıq Azeronline götürürəm, o da amma son vaxtlar bərbad gündədir.

Oxuyu YouTube məsələsini mən Latviyada olanda bildim. Mən ümumiyyətlə o saytı açmaqdan qorxurdum :)

Oxchu

03-03-2008, 11:57

@Aygun İslamzade

hələ sizdə insaflı davranıblarki. mən zəng eləmişəm Aztelekoma. ( dail up nömrəsini yığanda deyirdi belə nömrə yoxdur ). orada telefonu götürənə deyirəmki bəs mən yığıram deyir ki 171 nömrəsi mövcud deyil. deyirki sənin kompyuterindəndir. deyirəm əşşi elə necə olur, axı mən normal telefonlada yığıram 171i deyir nömrə yoxdur. nəsə nə başınızı ağrıdım bir iki dəfə bununla danışası oldum 5-3 dəqiqəlik aralarla. məlum olduki problemi özləridə bilmədi. dediki axşam 6dan sonra düzələr ( mən zəng eləyəndə saat günorta 2 idi ).yaxşıki gedib başqa provaydr kartı aldım çünki axşam 9dan sonra düzəldi.
yeri gəlmişkən sən demə Youtube da Videoya da baxmaq olurmuş :D ancaq şəkillər deyilmiş. o gün şəhərdəki klublardan birində ( sahil metrosunun yanındakı) oturanda bir klipədə baxa bildim =). əslində internetdən çox səmərəli istifadə eləmək olurmuş....

Aygun Islamzade

03-03-2008, 10:30

Rashad, chox yarali yerime toxunubsan. Burda internetin seviyyesi ve ustelik o internetle birge xidmetin seviyyesi ancaq onu deyir ki, bala ne otutrufsan burda, yeri chix get de. Bir mushteri kimi mene hormet qoyulmamaginin shahidi oluram her gun. Anlaya bilmediyim odur ki, bundan pul qazanan shexsler bele biabirchiliga nece yol verir. Oz bloqumda da Azerbaycansayagi CRM movzusunda qeyd elemishem. Kechen hefte zeng elemishem Aztelekoma, deyirem problem var, mene de tecili internet lazim. DEyir sabah zeng ele.. DEyirem, mene bu gun lazimdir axi. Deyir men ne edim. Zeng ele sabah, denen Shahin bu nedi bele?? Ustelik bu sozleri dediyi ton meni shoka saldi. Bele bele ishler. Getmek lazim buralardan.. :((