İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Bloqlar günü

31.08.2008

Bloqlar günü

31 Avqust bloqlar günüdür. Bu gün münasibəti ilə bütün bloggerləri təbrik edirəm. Həmçinin də bu gün BarKamp 2008 Azərbaycan-ın son günüdür. İndi isə keçək Bloqlar gününə. Bloqlar gündə hər bir blogger ən azı digər 2 bloq haqqında öz bloqunda yazmalıdır. Bu ənənəni saxlayaraq mən də keçirəm öz borcumu ödəməyə :)

Blog 1. Oxatan.com – Azərbaycan və Dünyadakı saytları araşdırır və onlara öz oxlarını atır. Oxatan hal hazırda BarCamp Azərbaycan 2008-də iştirak edir və Bloqosfera haqqında maraqlı bir təqdimatı oldu. Bu işdə Oxatana uğurlar diləyirik.

Blog 2. only4u.azeriblog.com – Ritanın ən son texnologiyalardan yazdığı blog saytı. Sayt son vaxtlar demək olar ki yenilənmirdi, bu gün BarCamp ilə əlaqədar olaraq yenilik olundu saytda.

Blog 3. marketingdefteri.blogspot.com - İlk rastıma gələn Marketinq bloqlarından biri. Rüstəm yaratdığı bu bloqda əsasən öz işi ilə əlaqədar olan avtomobil haqqında araşdırmalarından yazır.

Blog 4. www.img.az – Mirzoidin foto bloqu, Çoxdandır ki yeniliklər olunmur saytda. Dediyinə görə BarCamp-dan sonra yeniliklər edəcək. 

Bu siyahıda çox yaza bilərəm, amma ki İndi yorğunam  Bütün bloggerləri onların günü münasibəti ilə təbrik edirəm.

şərh yaz
  Bloqlar günü

Şərhlər

Fezi

23-09-2008, 2:24

Eladir deyecekdim. Amma demirem

Rashad Aliyev

10-09-2008, 14:23

Deymez Rita,

Borcumdur :)

Mika

08-09-2008, 16:04

Tesekkur Reshad, gec de olsa seni de tebrik edirem :-)