«Maraqlı» kateqoriyası üçün arxiv

Kompüterinizin cinsini bilmək istəyirsiz?

Wednesday, 16 February, 2011 04:41

Yalnız Windows ƏS üçün.


1) Notepadı açın.
2) Bu kodu orda yazın. CreateObject(“SAPI.SpVoice”).Speak”I love you”
3) Faylı computer_sex.vbs kimi yadda saxlayın.
4) Faylı işlədin.


Əgər siz kişi səsi eşitdinizsə, təbrik edirəm sizdə – oğlandır, yox əgər qiz səsi gəlirsə – qızdır.


Məndə qızdır :)


P.S. Hazır faylı burdan yükləyə bilərsiz.


Eynşteynin tapşırığı

Wednesday, 27 October, 2010 19:09

Bu gün internetdə gəzəndə məntiqi bir məsələyə rast gəldim. Təxmini 1 saata yaxın vaxtım getdi, amma həllini tapdım.
Eynşteynin bu tapşırığını dünya əhalisinin 10%-i həll edə bilib, digərləri isə hazır həlli axtarıblar.


Demək belə.
1. 5 ev var.
2. Hər bir evdə fərqli milliyyətdən olan 1 nəfər yaşayır.
3. Hər bir sakin digərlərindən fərqli içki içir, xüsusi siqaret çəkir və heyvan saxlayır.
4. Heç bir sakin digərinə oxşar içki içmir, eyni siqater çəkmir və oxşar olan heyvanlar saxlamır.


Məlumat:
1. İngilis qırmızı evdə qalır.
2. İsveçli it saxlayır.
3. Daniyalı çay içir.
4. Yaşıl ev ağ evin solunda durur.
5. Yaşıl evin sakini kofe içir.
6. Pallmall çəkən adam, quş saxlayır.
7. Ortadakı evdə qalan süd içir.
8. Sarı evin sakini Dunhill çəkir.
9. Norveç birinci evdə qalır.
10. Marlboro çəkən, pişik saxlayanın yanında qalır.
11. At saxlayan sakin, Dunhill çəkənin yanında qalır.
12. Winfield çəkən pivə içir.
13. Norveç mavi evin yanında qalır.
14. Alman Rothmans çəkir.
15. Marlboro çəkən su içənin qonşuluğunda qalır.


Sual: Balıq kimindir?


Azadlıqda qonaq…

Wednesday, 27 January, 2010 22:53

Bu gün Azadlıq radiosuna qonaq çağırmışdılar.

Distant təhsil mövzusu ilə əlaqədar maraqlı müzakirə oldu.

İlk Addımlar layihəmlə əlaqədar olaraq məni də dəvət etmişdilər.

Dinlə

MP3

The Passenger: 8 ilə 7 dəqiqə

Sunday, 29 November, 2009 14:09

Böyük olmayan olmayan, 7 dəqiqəlik qısa animasiyalı filmin yaradılmasına müəllifin 8 il vaxtı gedib. İlk addılmarı Pentium 133-də başlayan, işdən əlavə boş vaxtlarını “The Passenger” adlı animasiyanın yaradılmasına sərf edən Chris Jones-in sözlərinə görə bu onun hobbisi olub.

Lütfi Zadə

Thursday, 26 November, 2009 04:20

Bu günlərdə təsadüfən Amerikanın The Franklin Institute-unun 2009-cu il-də “Benjamin Franklin Medal“-ının “Electrical Engineering” qalibi Lütfi Zadənin videosuna baxdım.

Sizlərə də bu videonu təqdim edirəm baxın və Azərbaycanda necə elm adamlarının yetişməsinin şahidi olun. Lütfizadə kimi 1000-lərlə Alim, Texnoloq və s tanınmış şəxsiyyətlər var, və fəxr etmək olar ki biz də Azərbaycanlıyıq.

Praqa, Praqa…

Saturday, 30 May, 2009 00:40

Bu gün (Burda ayın 29-dur: ) Praqa-da Avia muzeyə getmişdim. Muzey 1968-ci ildə yaradılmışdır. Bu muzey avropada ən iri avia muzeylərdən biridir.


Sizlərə də orda olarkən gedib bu muzeyi gəzməyi məsləhət görürəm. Həm də ki muzey pulsuzdur :)

Azərbaycan – Google Maps-də

Wednesday, 27 May, 2009 13:55

Neçə vaxtdır ki Qafqaz ölkələri google maps-da qara bir xəritə kimi göstərilirdi. Bunun səbəbini araşdırmaq üçün bir çox xəbərlər və s yayılmışdı. Biri deyirdi Rusiya ilə Gürcüstan müharibəsi, digəri bu zonaların müharibə soonrası olması ilə əlaqədar və s. Nə başnızı ağrıdım, google-da işgüzar proqramistlər var. Onlar biz söz söhbət yayan vaxtı oturub işləyiblər və bu gün BarCamp Caspian-dan tanıdığın Ihar Mahaniok-un mənə verdiyi şad xəbəri sizlərlə də bölüşdürmək istəyirəm.

Azərbaycan - Google Maps-da

Bu günlərdə google-un çox gözəl xidmətlərindən biri olan google maps-da 64 ölkə əlavə edildi. Bu ölkələr arasında təbii ki Azərbaycan da daxildir. Buna görə də artıq xəritədə google maps-dan siz Azərbaycan-ı və istədiyiniz ünvanı rahat tapa biləcəksiz. İndi isə google maps-la bağlı olan google-un 2 servisi barədə yazım.

Google Map Maker – Bu xidmət vasitəsi ilə hər bir şəxs google maps-da gördüyü səhv ünvanı (Məsələn yaşadığın üçnanı) problemsiz düzəldə bilər və ya yeni küçələr və s əlavə edə bilər. Sizlər də öz küçə və ünvanlarınızı dəqiq yaza bilərsiz. http://www.google.com/mapmaker

Google Latitude isə ən çox sevdiyim servislərdən biridir, belə ki onun köməkliyi ilə sən öz dostlarını əlavə edib, onların hal hazırda harda olmasını görə bilirsən və həmçinin də öz koordinatlarını da əlavə edirsən. http://www.google.com/latitude

Bu sevindirici xəbərə görə Ihar-a minnətdarlığımı bildirirəm, və məni latitude əlavə etmək yaddan çıxmasın :) microphprashad@gmail.com

Milyarder…

Tuesday, 10 March, 2009 08:41

Milyarder...Bu gün təsadüfən ANS Press-in saytında Azərbaycanlı iş adamı olan Mübariz Mənsimov-un ən varlılar arasında olması barədə məlumat oxudum. Sonra isə maklayaqın bu barədə olan fikrinə də baxdım ki Azərbaycanlı cavan iş adamı milyarderlər sırasındadır (40 yaşında cavan).
Amma ki artıq Mübariz Mənsimov Azərbaycan vətəndaşı deyil və Forbes jurnalında 1.3 Milyard dolları ilə 897-ci yerdə olması bizim üçün yox Türkiyə üçün yaxşıdır ki forbes-də onların ölkəsinin Milyarderlərii çoxalır, amma Azərbaycandan isə 1 nəfərin də adı yoxdur. Budan başqa dünya milyarderləri arasında olan 13 milyard dolları ilə 56-cı yerdə olan Vahid Ələkbərov heç belə açıqlamalar gözə dəymir :)

Şaxta Baba və Sisadmin

Sunday, 1 February, 2009 08:05

İnternetdə Şaxta Baba və Sisadmin arasında olan fərq ilə rastlaşdım, onu doğma dilimizə tərcümə edib sizlərə də çatdırıram. Oxuyun, bir az könlünüz açılsın :)

1. Şaxta Baba saqqallıdır, piylənmişdir və gülməli geyinir.
2. Şaxta Baba-dan nə isə xahiş edəndə, onu əldə etmək şansı 0-a bərabərdir.
3. Şaxta Baba məktublara nadir hallarda cavab yazır.
4. Şaxta Baba-dan onda olanların hardan əldə etdiyini soruşanda, o cavab verir: “Bu bir möcüzədir…”.
5. Şaxta Baba-nı sənin layihələrinin vaxtı narahat eləmir.
6. Sənin valideynlərin Şaxta Baba-ya olmazın arzular yazmışdılar, lakin axırda hamsını özləri elədilər.
7. Heç kəs Şaxta Baba-nın öz işlərinə görə kimin qarşısında izahat verdiyini bilmir.
8. Şaxta Baba HƏDDİNDƏN ARTIQ gülür.
9. Şaxta Baba sizin $HOME-a soxulmaqdan utanmır.
10. Yalnız dəli Şaxta Baba-nın iştirakında ondan pis danışır.
11. Şaxta Baba onun istifdəçiləri olmayan vaxtı işləməyə məcburdur.
12. O hətta rəsmi bayram günləri də işləməyə məcburdur.
13. O israr edir ki, o nadir tapıntıdır, lakin siz belələri ilə tez-tez qarşılaşırsız…
14. İstifdəçilərin hədsiz sayda sualları var, lakin axırda onların bir istəkləri olur, bu yeni oyuncaqlardır.
15. Hardansa, necəsə, naməlum qaydada…O, özünə oxşar arvad tapır.
16. Ona heç kim inanmayan yerdə, mütləq onun edə bildiyini edən biri var, lakin onun adı başqadır.
17. İnsanlara onun etdiyi işin nəticəsini görmək azlıq edir. Onlar, onun bunu necə etməsi barəda suallarla onu təngə gətirirlər. Onları bunun möcüzə olması cavabı qane etmir.
18. Hətta inanmayanlar dua edirlər ki, o gəlsin.
19. O yeganə adamdır ki, öz zarafatlarına gülür.
20. O heç vaxt başqa iş tapmayacaq; onun iş anketi çox spesifikdir.
21. Öz işini görmək üçün o hətta gözəl kostyum geysə belə, ensiz və çirkli yerlərə dırmaşmalıdır…
22. və sonda…onun işi əsasən qeyri maddidir, lakin onun iştirakı ilə dünya daha da yaxşılaşır.

Ofis macəraları

Tuesday, 14 October, 2008 22:22

Axşam day.az-da oxudum ki bəs Vahid Bağında yeraltı keçid tapıblar. Gecə elə Adil-də xəbər edlədim ki fanar (ya da fənər) alaq və gedək ora. Elə də elədik, bu gün (14 Oktyabr) saat 20:00-dan sonra getdik ora. Adil, mən, İlqar, Niyaz və Əli hasarı aşıb gizlincə yaxınlaşdıq tunelə, çox maraqlıidi. Su olduğu üçün ora çox girə bilmədik.
Ofis macəralarıOfis macəralarıOfis macəralarıOfis macəraları