«Müxtəlif» kateqoriyası üçün arxiv

Azadlıq radiosunun qonağı oldum…

Friday, 7 June, 2013 20:44

2013_06_07_azadliq

İndicə azadlıq radiosundan qayıdıram.

Müzakirə olunan mövzu. İlham Əliyevə facebook-da sual vermək imkanı idi.

Mövzu barədə videonu və postu sizlərlə də bölüşdürürəm.

 

(more…)

Proqramçılar üçün 12 qətnamə

Wednesday, 8 May, 2013 21:29

proqramchi_12

1. Analoq üzrə gedin.
2. Sağlam olun.
3. Mümkünsüzlükləri əhatə edin.
4. Yeni proqramlaşdırma dilləri öyrənin.
5. Avtomatlaşdırın.
6. Riyaziyyatı öyrənin.
7. Təhlükəsizlik istiqamətində fokuslanın.
8. Məlumatlarınızın backup-ını saxlayın.
9. Teoriyanı öyrənin.
10. İncəsənət və Humanitar sahələrlə məşğul olun.
11. Seni software öyrənin.
12. Şəxsi layihənizi bitirin.

(more…)

Stenford tapmacası

Saturday, 2 March, 2013 17:02

1994-cü ildə Stemford Universitetində müəllim tələbələrdən 3 fərqi tapmağı xahiş edir. İki fərqi heç bir problemsiz tapdılar, lakin üçüncü fərqi yalnız biri tapmışdır, fərqi tapdıqdan sonra, o “Mən bu səhvi o dəq hiss etmədim” deyərək çoxlu gülmüşdür. Əziz dostlar sən də əgər üçüncü fərqi tapsan, nə qədər diqqətsiz olduğunun üstündə güləcəksən :)))

Mən artıq tapmışam… ))))
sfeford_meselesi

2012 də beləcə bitdi…

Monday, 31 December, 2012 17:55

2012 də beləcə bitdi…

main_01 main_03
main_04 main_05

Əvvəlki (2009, 2010, 2011) illərə sadiq qalaraq bu il üçün də hesabatımı bloqumda yazmağı özümə borc bilirəm…

 

Bu ili daha çox təcrübə toplamaqla məşğul olduğumu sadalasam yanılmaram. İl ərzində daha çox müxtəlif layihələr üzərində iş və təhsil sahəsində çalışmışam. İndi isə geniş hesabatımı sizlərə təqdim edim.

 

Demək belə…

(more…)

MilliNet 2012 – Verdiyim səslər…

Thursday, 20 December, 2012 22:35

millinet_201219 Dekabr 2012 tarixində Hilton Hotelində MilliNet 2012 İnernet mükafatının 13 kateqoriya üzrə qaliblərinin təqdimetmə mərasimi keçirildi.

Artıq IV dəfə keçirilən mükafatda funksionallıq üzrə münsif olduğum üçün əvvəlki illərlə müqaisədə olan bir neçə fərqləri qeyd edim. İlk olaraq onu deyim ki kateqoriyaların sayı çoxalmışdı, sonra saytlar əvvəlki illərlə müqaisədə daha keyfiyyətli olmuşdu. Keyfiyyətli saytın nə olduğunu bilməyənlər, saytları zəif olanlar, münsiflərin sayt haqqında dedikləri iradları boğazlarından keçməyənlər isə müsabiqədə iştirak etmir və ya da ki müsabiqəni pisləyirdilər. Belədə “Pişiyin ətə əli çatmayanda deyir iylənib” məsəli yada düşür.

Nə isə başınızı ağrıtmayım, keçim Funksional üzrə saytlara verdiyim mızlara. Bu dəfə saytlar daha keydiyyətli olduğu üçün müxtəlif kriteriyalar tərtib etmişdim. Və o kriteriyalar əsasında saytlara qiymətlər verdim, hətta gələcəkdə bu kriteriyalar üzrə startap layihə kimi reytinq sistemi də qurmaq fikrimə gəldi.

Demək belə ilk olaraq kriteriyalar barəsində.

(more…)

E-imzanın müsbət və mənfi cəhətləri

Wednesday, 17 October, 2012 13:36

2 il bundan qabaq, “Vergilər Nazirliyinə” yeni bir şirkət açmaq məqsədiylə müraciət etmişdim. Bir ay boyunca sənədlər əlimdə ora-bura qaçaraq, bu işlə məşğul oldum. Hüquq şirkətinə zəng etdim, mənə dedilər ki, əgər 300 AZN ödəsən şirkətinizi ikicə günə aça bilərik. Təbii ki, mən bununla razı olmadım və özüm işin arxasıyca düşdüm. Məsələni bir ay ərzində həll etdim.

 

Nəticə isə belə oldu: Həm prosesi öyrənmiş oldum həm də ki, pulum cibimdə qaldı. 🙂

 

Nə başınızı ağradım, bu yaxınlarda daha yeni bir şirkət (İlk Addımlar) açmaq lazım idi. Yenidən həmin uzun yolu getmək istəmirdim. Eşitdiklərim və oxuduqlarımdan E-imza haqqında məlumatım var idi.

 

E-imza haqqında məlumat olan sayta daxil olmaqla bir çox yerlərdən imzanı almaq olduğunun şahidi oldum. Və qərara gəldim ki, ən rahat E-imza almaq üçün “Mərkəzi Poçt” yaxşıdır. Sonra saytda tariflərə baxdım. E-imzanın qiyməti 30 AZN idi. Ona görə əlimdə 30 AZN Mərkəzi poçta getdim.

 

Mövzudan kənar deyim ki, rabitə işçiləri ilə işləmək çox ləzzət verir. Kefləri yaxşı olanda müştəriləri mülayim qarşılayırlar. Bu insana çox xoş gəlir. Lakin şəxsi problemlərindən və ya rəislərindən əsəbi olan anlarda hamını söyməyə belə hazırdılar. :))) “109” nömrəli xidmətə zəng edəndə buna şahid oldum.

 

Uzun sözün qısası “Mərkəzi Poçta” daxil oldum və məni E-imza verilən otağa göndərdilər. Otaqda gözəl bir xanım oturmuşdu və mənə dedi ki, əlavə olaraq kart oxuyucu üçün 22 AZN verməlisən. “Əgər bir dəfə istifadə edəcəksənsə o zaman 30 AZN ödəmək kifayət edər” deyən xanıma 52.00 AZN ödədim və otaqdan çıxanda gələn həftənin V günü E-imzanı gəlib götürə biləcəyimi qeyd etdi. Növbəti həftənin V günü həmin yerə getdim və məlum oldu ki E-imza verən xanım toya gedib, nəticə etibarıyla mən imzanı I gün gəlib götürə bilərəm ancaq. 🙂

 

Beləcə toyu yola verdik və növbəti həftə nəhayət ki, E-imzanı əldə etdim.

 

Bundan sonra “Vergilər Nazirliyinin” saytına daxil oldum (e-taxes.gov.az) və E-imza vasitəsi ilə şirkətin qeydiyyatı üçün ərizə göndərdim, iki gün keçmədi ki, mənə zəng etdilər ki, gəlib VÖEN-ni (Heçbir pul ödəmədən) götürə bilərsiniz. Beləcə 2-3 gün evdən çıxmadan yenidən “Vergilər Nazirliyinin” saytında şirkətin qeydiyyatını etdim.

 

E-imza çox yaxşı bir vasitədir. Gələcəkdə bir çox xidmətlərin E-imza vasitəsiylə olmasını istərdim.

 

İndi isə, sizlərlə e-imza haqqında bir neçə maraqlı, müsbət və mənfi faktları bölüşürəm.

  • E-imza almaq üçün çalışın ki, ehtiyat vaxtla müraciət edin, yoxsa kimsə toya gedə bilər və sizin hazır olan layihələriniz gecikə bilər.
  • E-imza xidməti hal-hazırda yalnız dövlət orqanlarında istifadə ediliz. Hələki biznes layihələrinə tətbiq olunmayib.
  • Vergilərdə qeydiyyatdan keçəndə çalışın ki, pul və s. təklif etməyəsiniz. Öz təcrübəmdən deyim ki, yeni şirkəti qeydiyyatdan keçirəndə həqiqətən də şok bir hal yaşadım. Mən oradakı xanım üçün Raffaello şirniyatı alıb aparmışdım, o isə az qala ağlayacaqdı ki, siz nə edirsiniz? Buna görə məni işdən atarlar. Bax bu əsl punktuallıq idi…
  • Hal-hazırda E-imza layihəsi çərçivəsində ilk 1000 nəfərə pulsuz imza paylayırlar. Odur ki, pulsuz imza almağa tələsin.

 

İndi mən E-imza sahibi olduğuma görə çox sevinirəm.

 

Dövlət orqanları tərəfindən təklif edilən xidmətlərin fərqini isə sizin ixtiyarınıza buraxıram.

Azercell abunəçiləri üçün Bədxərc proqramı…

Thursday, 27 September, 2012 01:39

 

Azercell abunəçisi olduğum üçün həy ay İzahlı fakturanı e-poçtuma göndərirlər.

 

Bu xidmət çox xoşuma gəlir. Amma ki istədiyim məlumatı ordan çəkə bilmədiyim üçün faylları elə arxivə atırdım və onlar orda qalıb pas atırdı 🙂

 

Proqramist olmağım belə problemlə əlaqədar olan təklifləri Operatora və ya digər şirkətlərə təklif edib nəticə gözləmək yox, öz təşəbbüsüm ilə o problemi həll etməyi öyrədib mənə.

 

Bu gün nəhayət oturdum bir az fikrimi cəmləyib Bədxərc adlı bir balaca proqram yazdım.
Proqram nə edir.
– Azercell-dən gələn izahlı e-Fakturanı yükləyirsiz saytdan.
– Sizin ən çoxu hansı istiqamətlərdə çox xərcinizin çıxmasını hesablayıb sizə göstərir.

 

Bununla da bundan sonra mənə gələn İzahlı e-Fakturaları əvvəl bura atacağam və aylıq xərclərimi hesablayıb gələn ay ona uyğun işlərimi biləcəyəm.

 

Həvəsim olsa (Təkrar edirəm, olsa əgər : ) Hansı operatora və ya konkret hansı xidmətə daha çox pul xəncləndiyini də yazacağam.

 

Hələlik isə maraqlı olsa proqrama baxa bilərsiz.

 

http://aliev.info/bedxerc/

 

P.S. Proqramın dizaynına fikir verməyin, mən dizayner deyiləm, lazımi məsələdirsə google prinsipi ilə getmək ən yaxşı vasitədir.

 

 

Xəzər TV, Həyata baxış verlişində…

Sunday, 9 September, 2012 14:12

Dünən (8 Sentyabr) Xəzər TV-də Həyata baxış verlişinə qonaq çağırılmışdım.
Mövzu İnformasiya təhlükəsizliyi idi. Ramal Hüseynov bu gün artıq videonu youtuba atıb.
Buyurub videonu izləyə bilərsiz. Şərh yazmaq yaddan çıxmasın 🙂

 

Ramal Huseynov – Heyata Baxış verilişi, İnformasiya Təhlükəsizliyi (I Hissə)

 

Ramal Huseynov – Heyata Baxış verilişi, İnformasiya Təhlükəsizliyi (II Hissə)

Yeni telefonum…

Monday, 16 April, 2012 22:25

Martın 7-si poniyə endirim təklifini müzakirə etmək üçün Mobitel-ə getmişdim.

Onlar isə, əlavə olaraq mənə bir Nokia Lumia 800 hədiyyə etdilər. Bundan sonra ora tez-tez getmək istədim lap 🙂

Bu günlərdə başladım telefonu incələməyə.

Bəzi müsbət və mənfi cəhətlərini qeyd etdim, onları sizlərlə də bölüşmək istərdim.

 

İlk olaraq müsbət cəhətlərini qeyd edim:

– Gözəl şəkil çəkmək funksiyası var, belə ki, digər telefonlardan fərqli olaraq, burda şəkil çəkmək üçün telefonun ekranında obyekti seçərək, üzərinə toxunmaq kifayətdir. Bu zaman, kamera obyekti əsas götürərək şəkli çəkir.

– Ekranın həssaslığını digər Nokialarda müşahidə etməmişdim. Çox həssasdır.

– Marketdən Flashlight yüklədim, elə bil əsl fanardır, çox güclü işıq salır 🙂

– Google contacts ilə Sync etdim və bütün nömrələri rahatca bu telefona yükləyə bildim. Bu, xoşuma gəldi.

– MS Ofis proqramlarının telefonun üzərində gəlməsi super oldu.

 

İndi isə, keçim mənfi cəhətlərinə:

– İlk problem mini SIM card oldu, telefonla işləmək üçün SİM kartımı dəyişməli oldum. Bu telefonlara standart SİM kartlar getmir.

– Call log-da bir nömrəyə ardıcıl olaraq nə qədər zəng etsən, hərəsi bir-bir göstərəcək, qruplaşma yoxdur.

– Zəng edərkən telefon öz-özünə restart gedirdi, sonra Zune-da yeni versiyası çıxdı, yenilədim. İndi zəng edəndə yox, danışan vaxtı eyni proses olur.

– Marketplace-da app çox azdır, maraqlıları isə çoxu pulludur (Angry Birds və s.)

– Danışarkən gərək telefonu konkret düz tutasan, bir az əyən kimi səsin yoxa çıxır.

– Batareyası başıma oyun açır, yatıb-dururam, görürəm telefon sönüb 🙂

– Batareyanı dəyişmək olmur. Bu da pisdir, bundan əvvəl məndə Ideos X5 var idi, onun üçün ebay-dan 2-3 dənə batareya almışdım, vacib lazım olanda, elə o dəqiqə dəyişirdim. Amma bunda gərək enerji mənbəyi axtarım 🙂

– GPS gah dəqiq verir koordinatları, gah da ki, 1-2 km səhv ilə. Əvvəlki Nokialarda da belədir. Foursquare-da xal yığa bilmirəm 🙂

 

 

Hələlik bu qədər.

Məncə, mənfi cəhətləri vaxt keçdikcə düzələcək və müsbətə çevriləcək.

 

 

4 Aprel Web Ustalar günü

Wednesday, 4 April, 2012 14:56

Bu gün, 4 aprel Web Ustalar günüdür. Bu barədə Rusların weboxu-su olan habrhabr saytından oxudum.

Bütün Web yaradıcıları, Dizaynerləri, Koderləri, Proqramçıları bu gün münasibəti ilə təbrik edirəm.

Əslində bu günü təsadüfən seçməyiblər 4 aprel – məşhur 404 səhvinin şərəfinə qeyd edilir 🙂

Həmçinin bu gün beynəlxalq İnternet günüdür.