«Personal» kateqoriyası üçün arxiv

2016cı il, hesabatım…

Saturday, 31 December, 2016 17:14

31 Dekabr 2016, Bakı, Azərbaycan. Bu ilin də sona çatmasına saatlar qalıb. 2009-cu ildən hər il 31 dekabr-da il ərzində gördüyüm işlərin hesabatını təqdim etdiyim kimi ənənəmə sadiq qalıb sizlərə illik hesabatımı təqdim edirəm.

(more…)

İllik hesabatım (2011-ci il)…

Saturday, 31 December, 2011 19:01

20092010-cu illərki kimi bu ilin sonunda da post yazımı illik etdiyim işgüzar və sosial işlərimin, səyahətlərimin, bildiklərimin və öyrəndiklərimin hesabatını bloqumda yazıb sizlərlə bölüşməyi özümə borc bilirəm.

(more…)

Mənim arzum…

Wednesday, 5 March, 2008 05:31

Bu barədə hər dəfə fikirləşəndə mənə stimul gəlir. Bəziləri uşaq vaxtı arzu edirdilər ki Həkim və ya Polis olsunlar. Mən də uşaq vaxtı fikirləşirdim, fikirləşirdim ki böyüyəndə Polis əmi olacağam sonra böyüyəndə Pilot olmaq istəyirdim. Amma artıq məktəb-də yuxarı sinif(lər)də oxuyanda proqramçı olmağı arzuladım və arzuma çatmaq üçün məktəb vaxtından biznes plan qururdum.

– Tətbiqi Riyaziyyata daxil olmaq
– Proqramlaşdırmanın incəliklərini öyrənmək və s.

Amma oxuduğum məktəb çox geridəqalmış olduğundan bizim məktəbdə kompüter deyilən və ya oxşar heç nə yox idi. Odur ki yuxularımda kompüter qarşısında oturub proqram yazmağı nə isə icad etməyi görürdüm və ya da oyaq olanda isə kalkulyatorun düymələrini basıb kompüterə oxşadırdım. Nə isə başınızı xəyallarımla çox ağrıtmayım. Beləcə 11-ci sınfı (Biz tərəflərdə yaşlı nəsil sinifə sınıf diyir) bitirib BDU-nun Tətbiqi Riyaziyyat Fakültəsinə daxil oldum. BDU-da Ramin Mahmudzədə, Araz Yusubov kimi İnformatika müəllimləri ilə tanış oldum ki onların hesabına çox nailiyyətlər əldə etdim, buna görə ömrümün sonunadək onlara minnətdar olacağam. Hətta onu deyə bilərəm ki Araz müəllimin sevimli tələbələrindən idim. Çünki uşaqlar dərsə gəlməyəndə onlara Г (Qaib) yazırdılar, amma mən dərsə gələ-gələ mənə Ғ yazırdı. Bir dəfə soruşanda ki sizin qeyd jurnalınızdakı Ғ hərifi nə deməkdir? Dedi ki bunlar dərsə gəlib amma sözə (dərsə yox haa sözə) baxmadığı üçün otaqdan qovduğum tələbələrdir. Amma şuluq olmağıma baxmayaraq mən dərslərimi oxuyurdum.

Universitetin yuxarı kurslarında İlk Addımlar (www.firststeps.az) layihəsini xoda salmışdım. Bununla mən web-də ilk uğurlu layihənin ləzzətini duydum. Hal hazırda da bu layihəm onlayn dərsliklər sahəsində (İnformasiya Texnologiyaları sahəsində) Azərbaycanda aparıcı saytdır.

Ondan sonra Azərbaycanda ilk wap portal yaratmaq fikrinə gəldim wap.aliev.info, wap.dostluq.info, wap.tel.az (birgə layihə) və sonra indi Azərbaycanda Nömrə 1 və dünyada wap saytları arasında top 10-luqda olan wap.xana.az saytı.

Bununla hər şey bitmir, bu cür layihələrimdən sonra son 1-2 ili elə bir arzudayam ki hər gün gecə-gündüz o barədə fikirləşməyə bilmirəm. Web Proqramçının arzusu belə də olacaq da, yaşımın artıq 25 olmasına az qalıb, Tanış bilişimin arzuları ailə qurmaq olduğu halda mənim arzum bu layihəmi reallaşdırmaqdır. Kimə isə deyəndə bunun Azərbaycanda qeydi real olmasını deyir, amma yox mən optimistəm və bunu tez bir zamanda edəcəyəm.

Arzum, xəyallarım, ideyam, yuxularımın romantikası, həyatımın mənası budur ki…Azərbaycanda yahoo, rambler kimi bir portal qurmaq. Axtarış servisi, e-poçt və s. hamısı birlikdə, Server(lər) Azərbaycanda, əlavə xidmətlər və s. Bunu oxuyanda bəziləriniz güləcək, bəziləriniz həsəd aparacaq, bəziləriniz isə deyəcək ki bu dəli olub. Amma yox, mən həmişə istədiyimə nail olmaq üçün plan qururam və o plan üzrə gedirəm. Buna nümunə kimi Tətbiqi Riyaziyyat Fakültəsinə daxil olmağımı, hal hazırda aparıcı Mobil Portalımın olmasını göstərməyim kifayət edər. Bu sahədə niyə belə gec gəlməyimin səbəbi kimi isə Azərbaycanda Merchant sisteminin olmamasını deyə bilərəm. Çünki əgər belə layihə qurmalı olsam, təbii ki dövlətimiz onu maliyyələşdirmək planında olmayacaq, oradan pul qazanmaq üçün isə təbii ki pulsuz xidmətlərdən əlavə pullu xidmətlər də olmalıdır, bunun üçün isə Bank-larımızda bu xidmət yoxdur. Hal hazırda WAP-da qalmağımın da səbəbi budur ki WAP ilə az da olsa nə isə qazanmaq olur və layihəni istədiyin kimi inkişaf etdirə bilirsən. Qısaca Web ustalar hazırlaşın, tez bir zamanda Web-ə qatılsam Azərbaycanın Web-ində hal hazırda WAP-da olduğu kimi çox böyük inkişaf olacaq.

Bunu yazmaqla sizlərə gələcək ideyamı dedim ki Web rəqiblərim çox olsun ki sağlam rəqabətin marağı olsun. Odur ki UĞUR OLSUN…