«Səyahətlər» kateqoriyası üçün arxiv
Avto FM-də Valensiya haqqında
Friday, 14 April, 2017 16:05
Barselona, İspaniya / Barcelona, España / Barcelona, Spain
Tuesday, 16 September, 2014 02:38
Ruminiya, Ruminiya…
Tuesday, 13 May, 2014 16:45
Praqa, Praqa…
Saturday, 30 May, 2009 00:40
Bu gün (Burda ayın 29-dur: ) Praqa-da Avia muzeyə getmişdim. Muzey 1968-ci ildə yaradılmışdır. Bu muzey avropada ən iri avia muzeylərdən biridir.
Sizlərə də orda olarkən gedib bu muzeyi gəzməyi məsləhət görürəm. Həm də ki muzey pulsuzdur 🙂
Yeni dizaynda, Yeni Şəhərdə, Yeniliklərlə…
Thursday, 21 May, 2009 22:18
Artıq neçə vaxtdır ki saytda post yazmıram. Səbəblərdən biri saytı WP-ə keçirtməyim, dizaynda dəyişikliklər etməyimdir. Saytıma WP-i yükləyib HTML-nən oynayıb onu abırlı vidə saldığına görə adaşıma təşəkkürümü bildirirəm. Bundan sonra çalışacağam ki mütəmmadı olaraq saytımı yeniləyim, ona görə də tərəddüd etmədən RSS-imə abunə ola bilərsiz. Hal hazırda bu post yazımı Praqada olarkən yazıram. Praqa, Çex Respublikasının paytaxtıdır. Çox qədmi şəhərdir, gəzdikcə elə gəzmək istəyirsən. Hər tərəfdə turistlər doludur. Tarixi yerləri gəzmək istəyirsinizsə bu şəhərə gəlməyi məsləhət bilirəm. Son 2-3 gün ərzində gördüklərimi çəkmişəm.
Çex əhalisi əylənməyi çox sevirlər.
İlk günlərdə gördüyüm maraqli hallardan biri “Zombee Walking” oldu. Belə ki gənclər özlərini Zombi halına salıb Meydana toplaşıb, təyin edilmiş vaxtda Zombi kimi şəhərin küçələrini gəzməyə başladılar. Çox maraqlı bir mənzərə idi, müxtəlif Zombilər, birinin əlində bıçaq, birinin qarnında qayçı, digəri maşın sükanı ilə gedir və s.
Vişeqrad adlanan yerdə çox şəkil çəkə bilmədim (yadımdan yıxılmışdı). Orda da əhali Çex tarixi musiqisinin ifaları altında müxtəlif rəqslər edir, asudə vaxtlarını çox gözəl keçirdirdilər.
Daha bir maraqlı mənzərələrdən biri Oynayan Ev idi, binanın yeni olmasına baxmayaraq artıq turistlərin marağına səbəb olan görüntülərdən biri adına layiq olub.
Növbəti günü Zooparka getdim, Almaniyada olarkən Yalnız zooparkın Akvarium hissəsini gəzə bilmişdimsə Praqada bütün bir günümü zooparkı gəzməyə həsr etdim.
Bu gün isə Tarixi yerlərdən biri olan Karlşteyn qəsrinə getdim. İçəridə şəkil çəkməyə qadağan olduğu üçün gizlincə 1-2 şəkil şəkdim 🙂
Sabah İnşaAllah Polşaya (Poznan) DemoCamp-a gedəcəyəm. Orda gördüklərim, eşitdiklərim, öyrəndiklərim haqqında növbəti postlarımda yazacağam.
Blogcamp CEE 2008
Thursday, 16 October, 2008 19:24
Oktyabrın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.
Azərbaycandan mən və Xəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda yerləşdirəcəyəm.
Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.
Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin 3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uğur diləyirəm.
Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.
BarCamp Central Asia 2008 təəssüratlarım
Friday, 8 August, 2008 08:02
BarCamp Central Asia 2008 Avqust ayınnn 1-3-ü tarixində Qırğızıstanın paytaxtı olan Bişkek şəhərində keçiridi. Bişkekə getmək üçün birdəfəyə təyyarə olmadığı üçün Almata-dan getməli oldum. Əvvəlki postlarımda Almata haqqında yazmışam. Bişkek ilə Almata arasında 200 km ara var. Oa görə də ora Avtobusla getdim. Avtobus 3 saat yol getdikdən sonra Bişkekə çatdı, orda artıq Riqa və Tbilisi BarCamp-larından tanıdığım Rinat-gilin evlərində host oldum.
Avqustun 1-i, Qeydiyyat başlayır hamı artıq toplanırdı. Gürcüstandan heç kim gələmişdi, Azərbaycandan 1-cə mən (bizə tə Travel Grant verilmədiyi üçün heç kim getməmişdi, mən öz hüsabıa getmişdim), Ermənistandan isə 3 nəfər getmişdi, Onlara Ermənistanın Amıq Cəmiyyət İnstitutu sponsorluq eləyirdi. Qeydittan saat 17:00-da bitdi və uşaqlar 160 nəfərin qeydiyyatdan keçdiyini dedilər, sabahısı günü isə artıq qeydiyatdan keçənlərin sayı 200-dən çox idi.
Axşam isə BarCamp Central Asia 2008-in açılışı münasibəti ilə Bar No1-də hamı yığılırdı. Bu açılış gecəsi super idi canlı müsiqi, doyunca oynadıq axırda hətta özümüz oxuyurduq.
Avqustun 2-si təqdimatlar günü. Gecəni pz təqdimatımı hazırlayıb, cəmi 2 saat yatmağıma baxmayaraq özümü gümrah hiss edirdim. 3 zal-da saat 11:00-dan 19:00-adək təqdimatlar idi. Azərbaycandan bircə mənim getməyimə baxmayaraq 2 təqdimat oldu. Onlar haqqında əvvəlki postlarımda yazmışam. Bu barcamp-ın indiyədək olduğum digər 2 BarCAmp-larda keçirilən təqdimatlardan fərqi o idi ki burda 2 Tlemost keçirildi. 1-i Azərbaycandan Vahid müəllimin Tememostu necə qurmaq haqqınd aolan təqdimatı, digəri isə indi Amerkada yaşayan Qırğızıstanlı Vəli-nin Yeni növ Vizit kartları barədə olan təqdimatı idi.Bu təqdimatda o Vizit kartlarında telefon nömrəsi əvəzinə sosial şəbəkələrdəki niklri və s. Yazmaq barədə danışırdı. Amma Vəli çox özündən razı uşaq idi, elə bilirdi ki təqdimata qulaq aanlar heç nə bilmirlər və s. Təssəvvür edin ki Sosial Şəbəkələrdən danışır və deyir: “Demək bax vizitkanın bu hissəsində öz MySpace nikini yazırsan” və sonra soruşur, “Bilirsiz də MySpace nədir?” Amma doyunca güldük onun belə özündən razılığına 🙂
Həə sonra “Joha və Max”-ın qızlar üçün sayt yaratmaları, Gigam-ın “Ermənistanda Video Blogging” haqqında, Özbəkistandan olan Sardar-ın “Mobile Bloggin” haqqında, Charles-in Operadakı Widgets, HTML 5 haqqında olan maraqlı və s. təqdimatlarda iştirak etdim. Çox maraqlı insanlarla tanış oldum. Elə onlardan biri Charles, hal hazırda Operada standartlaşdırma departamentinin sədridir. Ondan əvvəl isə o W3C-də işləmişdi.
Sonra Avqustun 3-ü İnnovation İncubator, amma bu dəfə də Riqadakı kimi uğursuz oldu. Ona görə də əvvəldən heç iştirak eləmədim İnnovation İncubator-da, Sonra isə bağlnış ilə əlaqədar olaraq hərəyə ürək sözünü deməyə 3 dəqiqə vaxt verildi.
Beləcə bu BarCamp-da bitdi. Növbəti BarCamp lokal barcamp-ımız olacaq. Azərbaycanda Avqustun 29-31-i tarixlərində. İnternet ilə əlaqəsi olan (Sayt sahibi, Blogger, İnternet User və s.) hər bir şəxsi orda görmək istərdim.
Almata
Friday, 1 August, 2008 10:31
Avqust ayının 1-3-ü Qırğızıstanın paytaxı, Bişkekdə BarCamp Cenral Asia keçirilməsi planlaşdırılıb. Bu məqsədlə Netf ölkəsi, “İnformasiya Texnologiyalarının inkişaf etdirilməsinə” (dırnaq arasında : ) xüsusi marağın olmağımıza baxmayaraq, heç bir sponsor tapmadığımıza görə (İMAİR-ə müraciət etmişdik) və Ermənistandan olan komanda üçün sponsor tapıldığına görə hər şeyi atıb Azərbaycanı təmsil etmək üçün öz hesabıma (yay ayı olmasına, və s krizislərə baxmayaraq vətənə sevgim hər şeydən üstündür deyib) bu qeyri konfransda iştirak etməyi qərara aldım. Aerokassadan Bişkekə birdəfəlik reys olmadığı üçün 1 həftəlik (gedirəmsə bir az oraları da gəzim baxım) Almata-Bakı-Almata bileti aldım.
Latviya səyahətim
Monday, 3 March, 2008 04:45
Bu səyahətim təsadüf nəticəsində, ən son vaxtda baş tutdu. Demək olar ki Riqaya getməyə inanmırdım. İlk dəfə Riqada olanda orda olmağıma çox peşman olmuşdum. Qiymətlər elə bil kosmosdan götürülüb necə deyərlər dədələrinin qiymətlərini qoyublar üstünə, hələm olduğumuz Hostel-de 1 otaqda 6 nəfər, karoçe ilk təəssüratlar çox pis idi. Sabahısı günü şəhərə çıxdıq…həə, bax onda uje bildim ki Avropadayıq…özü də necə Avropada…hara baxırsan qadınlardır, hamısı da tip:) özü de 90x60x90, amma meymuna oxşayırlar. Fikirlərim qarışıqdır, ola bilər ki başa düşüləsi yazmayım, amma çalışın. Hə orda avtobus, tramvaylarda, hətta küçələrə reklam plakatları yapışdıranlar da qadınlardır. Bircə onu deyə bilərəm ki, Azəri qızlarının gözəllikləri, Latış qızlarının bədənləri(fiqurey-i:) və Ukraynalı qızların xasiyyətləri hansısa gözəlimizdə olsa ooooo, təəssüratlarını deyə bilmərəm…orda bir şey də icad etdim. Latış sözü Talış sözünün xalası qızıdır:)
Latviyada 2 şəhərdə oldum, Riqa və Yurmala. Yurmalaya ekskursovodla getmişdik, o dəniz (göl idi ya da) qırağında bir şəhərdir. Orda yayda çox adam olur. Novaya Valna adlı musiqi yarışması keçirilir və hamı ora yığılır. İndi sakitçilik idi 🙂 Dənizin sahilində isə bizdəki kimi küləkdən əsər əlamət yox idi, torpaq da çox ya da yox hədsiz narın idi. Sonra orda bizim tarqovuya oxşar bir küçə ilə getdik və orda bir kafedə oturduq. Kafedə hərəmiz nə isə sifariş etdik. Çörəksiz yemək yedik, amma yeyən kimi adamı tuturdu. Yurmalada sonra qatara getdik və Riqaya qayıtdıq. Hə bir də orda oğlan siqaret çəkirdi və birdən yadına düşdü ki Yurmalada dəniz qırağında siqaret çəkmək olmaz və əgər onu tutsaydılar haradasa 50 avro cərimə edəcəkdilər. Kaş belə qaydalar bizdə olaydı ki qayda pozanı cərimə etsinlər. Gör onda Bakının küçələri necə təmiz və iqtisadiyyatımız necə inkişaf edərdi.
Riqa-da Starıy Riqa adlı yer var, orda qalırdıq, elə bil ki bizim İçəri Şəhərdir. Hətta ingiliscə adı bizdəki kimi Old City adlanır. İçəri şəhərdən 3 fərqi var idi. 1) küçələri enli idi. 2) Orda hər yer təmiz və təmirli idi. 3) yağış yağanda heç yanda palçıq gözə dəymirdi. Riqada işıqforda adam şəkli yaşıl olanda yolu keçirlər, bizdə isə həm yaşıl, həm də qırmızıda yol keçmək olar. Riqada sovet maşını yoxdur. Latış dilini inkişaf etdirmək üçün dövlət bəzi qadağalar qoyub. Məs: hər yerdə yazılar Latış dilində olmalı, latış dilini bilməyən dövlət işində işləyə bilməz və s. Hə bir də vətəndaşlıq məsələsi Latviyada əhali arasında problemdir. Belə ki, onlarda Latviya vətəndaşı və məskunu var. Pasport da o cür verilir Latviya vətəndaşı və Vətəndaşı olmayan. Latviya vətəndaşı Latviyanın çoxdan yaşayan əhalisi və onların övladlarıdır, sakinlər isə ruslardır. Onlar vətəndaş olmaq üçün imtahan verir və əgər imtahanı keçə bilirlərsə Vətəndaş olurlar. Riqada Occupation (işğal) muzeyi var ki onlar Sovet dövrünü Rusların onları işğal altında saxlaması adlandırırlar. Qadınların orda çox olmasının səbəbi də elə Ruslardır ki müharibə vaxtı onların çoxu həlak olmuş və kökləri kəsilmişdir. İndi-indi özlərinə gəlirlər.
Sonda onu deyə bilərəm ki Latviya gözəl ölkədir. İlk təəssüratlar mənfi olsa da, sonda müsbət nəticə ilə Vətənə qayıtdım. Sizlərə də oraları gəzməyi arzu edirəm.
Latviya səyahətim