«Xəbərlər» kateqoriyası üçün arxiv

Space TV-də intervyu

Wednesday, 7 June, 2017 10:30

Dünən Space TV-də Saxta profillərlə əlaqədar intervyu verdim.

 

Videoya baxmaq üçün bu linkə və ya youtube-a atdığım videoya baxabilərsiz.

 

 

OWASP Top 10 (2017)

Tuesday, 11 April, 2017 16:25

Bu gün OWASP(Open Web Application Security Project) veb layihələrdə ən çox tapılan top 10 boşluq haqqında məlumatı dərc edib.

(more…)

Azərbaycan – Google Maps-də

Wednesday, 27 May, 2009 13:55

Neçə vaxtdır ki Qafqaz ölkələri google maps-da qara bir xəritə kimi göstərilirdi. Bunun səbəbini araşdırmaq üçün bir çox xəbərlər və s yayılmışdı. Biri deyirdi Rusiya ilə Gürcüstan müharibəsi, digəri bu zonaların müharibə soonrası olması ilə əlaqədar və s. Nə başnızı ağrıdım, google-da işgüzar proqramistlər var. Onlar biz söz söhbət yayan vaxtı oturub işləyiblər və bu gün BarCamp Caspian-dan tanıdığın Ihar Mahaniok-un mənə verdiyi şad xəbəri sizlərlə də bölüşdürmək istəyirəm.

Azərbaycan - Google Maps-da

Bu günlərdə google-un çox gözəl xidmətlərindən biri olan google maps-da 64 ölkə əlavə edildi. Bu ölkələr arasında təbii ki Azərbaycan da daxildir. Buna görə də artıq xəritədə google maps-dan siz Azərbaycan-ı və istədiyiniz ünvanı rahat tapa biləcəksiz. İndi isə google maps-la bağlı olan google-un 2 servisi barədə yazım.

Google Map Maker – Bu xidmət vasitəsi ilə hər bir şəxs google maps-da gördüyü səhv ünvanı (Məsələn yaşadığın üçnanı) problemsiz düzəldə bilər və ya yeni küçələr və s əlavə edə bilər. Sizlər də öz küçə və ünvanlarınızı dəqiq yaza bilərsiz. http://www.google.com/mapmaker

Google Latitude isə ən çox sevdiyim servislərdən biridir, belə ki onun köməkliyi ilə sən öz dostlarını əlavə edib, onların hal hazırda harda olmasını görə bilirsən və həmçinin də öz koordinatlarını da əlavə edirsən. http://www.google.com/latitude

Bu sevindirici xəbərə görə Ihar-a minnətdarlığımı bildirirəm, və məni latitude əlavə etmək yaddan çıxmasın 🙂 microphprashad@gmail.com

Uşaqların İnternetdə təhlükəsizliyi

Wednesday, 5 November, 2008 11:33

Uşaqların İnternetdə təhlükəsizliyi
İndicə İnternetdə oxuduğum çox maraqlı bir xəbəri sizlərlə də bölüşdürmək istəyirəm.
Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və Microsoft – Azərbaycan qurumu tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.
Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdən ibarətdir.
Artıq adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab və eyni adlı Plakat hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.
Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin mövzu ətrafında maraqlı tərəflərin iştirakı ilə geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də xüsusi verilişlərin təşkil edilməsi nəzərdə tutulub.