Bu yaxınlarda bu tip “Brain Concentration Music Training” haqqında eşitdim. İnsanın fikirlərini cəmləmək üçün çox gözəl, instrumental bir musiqi növüdür.
«Müxtəlif» kateqoriyası üçün arxiv
2009 da beləcə keçdi.
Bazar günü, 27 dekabr, 2009 06:48
2009-cu il bir çox maraqlı hadisələr və yeniliklərlə yadda qaldı. Bu ildə nələr əldə etdiyimi qeyd edəcəyəm.
![]() |
![]() |
![]() |
![]() |
Seminarlar, Konfranslar və müəyyən tədbirlər

27-29 Mart 2009 tarixlərində Azərbaycanda İnformatika texnologiyaları sahəsində keçirilən iri həcimli Beynəlxalq tədbir. BarCamp Caspian - http://www.barcampcaspian.org/ . Delta Telecom-un baş sponsorluğu ilə keçirilən BarCamp Caspian tədbirində həmçinin sponsorlar sırasında Opera brozeri, HP kimi dünyanın tanınmış şirkətləri də var idi. Bundan başqa iştirakçılar sırasında Opera, Google bir sıra ölkələrin aparıcı bloggerləri, proqramçıları öz biliklərini Azərbaycana gəlib bölüşmüşdürlər. Bu layihədə texniki və bir sıra idarəedici işlərin koordinasiyasını etmişdim. Konfransda 10-dan çox ölkədən 60-dan çox, toplam isə 400-dən çox iştirakçı qoşulmuşdur. Bunların sırasında Proqramçılar, Aparıcı şirkətlərinin AyTişnikləri, Dövlət orqanlarından qalstuklu daydaylar, Blogerlər, Jurnalistlər və s BarCamp ilə maraqlanan gənclər iştirak etmişdi.
17-19 Aprel 2009 - BarCamp Central Asia http://www.barcampkz.net/. Qazaxıstanın ən böyük şəhəri olan Almata-da keçirilən bu tədbirdə 300-ə yaxın iştirakçı qoşulmuşdu, 60-a yaxın prezenyasiya olmuşdu. Burada “From Entertainment fo Education” mövzusunda təqdimatım olmuşdu.

16-17 May 2009 KörpüKamp - İnternet, QHT və Media http://www.korpukamp.org/.

23-24 May 2009 Democamp East / West. http://democamp.org/. Polşanın Poznan şəhərində keçirilən tədbirdə 150-yə yaxın iştirakçı, 2 paralel zalda seminar keşirilmişdir. 2 gün keçirilən tədbirin təşkilatçılarının tədbiri bu cür maraqlı etmələrinə heyran qalmışdım. Hər bir sessiya vaxtında başlayır, açılış, nahar vaxtı, hamısının vaxtları proqramda yazıldığı kimi ardıcıl keçirilirdi. Eyni vaxtda da Poznan şəhərini də gəzmiş oldum və həmçinin yeni əlaqələr qurdum.

14 Iyun 2009 Nokia mobilecamp Moscow. http://mobilecamp.ru/ Moskva yaxınlığında 1 gün keçirilən bu tədbir Nokia-nın baş sponsorluğu ilə keçirilmişdir. Tədbir haqqında bloq postlarımda qeyd etmişdim.

14-16 Avqust 2009 BarCamp Azerbaijan, Gəncə. http://barcamp.az/2009/ Gəncə şəhərində, Emon Oteldə 20 mbps interneti dartıp aparanacan bizimki bizə gəldi
I günü internet-də texniki problemlər olsa da tədbirin II günü kim interneti WiFi ilə tut abilirdisə kef edirdi. Bu tədbirin hesabına da maraqlı əlalər, yeni ideyalar əldə etdik.
3-4 Dekabr MİF. http://internetforum.az/ Bu nağıl deyildi, maraqlı bir tədbir idi. Bəzi maraqlı və maraqsız çıxışlar olmuşdu. Maraqlılar sirasında Nokia-nın nümayəndəsi Ruslan Veysov-un, Fərid İsmayılzadənin çıxışlarını qeyd etmək olar.
Bundan başqa il ərzində 2 müsabiqə və 1 sərgi də olmuşdu. Bunlar Netty, millinet müsabiqələri və Bakutel sərgiləridir. Azərbaycanda olmadığım üçün Netty-də iştirak edə bilməmişdim. MilliNet müsabiqəsində maraqlı və maraqsız saytlar qalib gəlmiş. Bakutel-də isə reklamlar idi, maraqlı əlaqə qurmaq olmadı.
Öyrəndiklərim
İl ərzində idarəetmə sahəsində bəzi biliklər əldə etmiş, pulsuzluğun, borc okeanında neçə üzmək, Vergili olmağın nə olduğunu öyrənmişəm.
Proqramlaşdırma sahəsində cari biliklərimi təkmilləşdirmiş, yeni super muper bir şey öyrənmək imkanı olmayıb. ( Bu pisdir
)
Layihələr
![]() |
![]() |
![]() |
Bu il xırda startap layihələrimi xoda saldım. Bunlardan Xəyyam ilə olan Mobil layihələrimimdən mobgames.ws, mobmusic.ws. Bu yaxınlarda təhvil verdiyim lakin tam xoda düşməyən Unibank Premyer Liqası üçün olan upl.az saytı. Mobil reklam sahəsində olan moxito.az sistemi. Xırda medtur.az, balamali.az, sshtax.com, mafiozi.az saytları olmuşdur.
Həmçinin keçmiş layihələrimdə firststeps.az saytında referatlara diqqətimi artırmışam, artıq ordakı referatların sayını 450-yə yaxındır.
Böyük layihələrimdən biri olan wap.xana.az saytında isə gündəlik orta qaydada daxil olan istifadəçilərin sayı müxtəlif aylarda 30 000 ~ 50 000 arası olmuşdur.
Xarici ölkələrdən mərkəzi ofisləri Hollandiyada olan priorcontrol.org sistemində və ABŞ-dan olan xırda 1-2 sistemlərin üzərində işləmişəm. Bu il xarici əlaqələrim də zəif olmuşdur.
Səyahət
2009-cu ildə səyahət cəhətdən çox maraqlı olmuşdur. İlik əvvəlində (Fevral) Almaniyanın paxyatxı Berlində, Türkiyədə, Aprel ayında Qazaxıstan, May ayında Ukrayna, Çexiya, Polşa, İyunda Rusiya-nın paytaxtı Moskva şəhərində və 5 ay aradan sonra Noyabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində olmuşam.
2010-cu ildə isə İnşallah daha yeni biliklər, layihələr və xarici əlaqələrimin inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm.
Yeni iliniz mübarək!
![]() |
![]() |
![]() |
Adobe Photoshop CS5
Cümə axşamı, 17 sentyabr, 2009 02:56
Bu yaxınlarda Adobe Photoshop CS5-in çıxması haqqında bir məlumat eşitdim və internetdə də videosunu tapıb sizlərə təqdim edirəm.
CS5 haqqında onu deyim ki çox gözəl effektləri var, dizaynerlərə məsləhət görürəm.
Bu videonun linkini ibigdan-ın Jurnalından gördükdən sonra bura atdım.
Həm də CS5-in adını eşidəndə Recep ivedik-deki bir sual yadıma düşdü. Bu fotoşop cs4 mü cs5.
Uşaqlıq illəri…
Bazar ertəsi, 7 sentyabr, 2009 00:08
Bu gün sehirbaz bloqunun hesabına uşaqlıq illərimi yada saldım.
Bazar günü gələn kimi saatı güdürdük ki, vaxtı çatsın və hamımız bir nəfər kimi qaçıb “Chip N Dale”, “Duck Tales” cizgi filmlərini həvəslə izləyirdik.
1200 nəfərlik Fləşmob…
Cümə axşamı, 20 avqust, 2009 03:06
Bu günlərdə Siqaret çəkməyin ziyanı haqqında olan gözəl bir Fləşmob video (http://ibigdan.livejournal.com/5073047.html) gördüm. Onu sizlərə də göstərirəm.
AdMob - 100 milyard reklam nümayişi
Çərşənbə axşamı, 11 avqust, 2009 19:01
Bu günlərdə dünyanın mobil advertising bazarına ən böyük paya sahib olan AdMob saytında nəşrlərin sayı 100 milyardı keçdi. AdMob 2006-cı ildə yaranmış, 2008 və 2009-cu illərdə daha aktiv istifadə olnan bir mobl saytlar üçün istifadə edilən aparıcı reklam sistemidir.
Bu reklam sistemi mobil saytlar üçün AdWords kimidir, lakin AdWords-da olan standartlardan fərqli olaraq mobil saytların da reklamlarında müxləf limitlər var. Məsələn Standarta görə telefonda normal göstərilməsi üçün ən balaca şəkil mobil reklamın ölçüsü 120×20 böyük isə 300×50 olmalıdır.
AdMob-un müştəriləri siyahısında Ford, Coca-Cola, EA games, Land Rover, MTV Europe, Adidas, and Paramount Pictures və s 500-dən çox tanınmış brandlar var.
AdMob-un naşirləri siyahısında dünyanın tanınmış AccuWeather, BluePulse, CBS Mobile, Wap.xana.az, Flirtomatic, Hollywood.com, Peperonity, TinyTube kimi 700-dən çox mobil portalları aktiv çalışırlar.
AdMob-un Mobile Advertising Şəbəkəsindən başqa, Mobile Analytics servisinin köməkliyi ilə mobil sayt istifadəçiləri saytlarına daxil olan istifadəçilərin hansı targetə və hansı bölmələrə daxil olması barədə ətraflı məlumatlar əldə edirlər, ondan başqa AdMob hər ay Mobile Metrics adlı hesabatında dünyada Mobil istifadəçilərin statistik məlumatları işıqlandırır.
AdMob-un 100 milyardınçı naşiri münasibəti ilə təbrik edirik.
AdMob - 100 миллиард показ реклам.
Çərşənbə axşamı, 11 avqust, 2009 18:47
В эти дни сайт AdMob обладающий большинством акций мирового рынка мобильного рекламы превысил свои публикации больше 100 миллиарда.
AdMob был создан в 2006 году, в 2008-2009-х годах привратился в самого активного сайта исползуюшийся для рекламы мобилных сайтов.
Систем похож на AdWords для мобильных сайтов, но в отличии от стандартов которые существуют в AdWords здесь есть лимит для реклам мобильных сайтов. Например, для того что бы рекламное фото выглядела нормально на телефоне, самый маленький должен быть 120х20-го, а большой 300х50-го размера.
Среди клиэнтов AdMob Ford, Coca-Cola, EA games, Land Rover, MTV Europe, Adidas, Paramount Pictures и более 500 самыx попюларныx брендoв мира.
Над публикациями AdMob роботают более 7000 известных мобилных порталов мира такие как AccuWeather, BluePulse, CBS Mobile, Wap.xana.az, Flirtomatic, Hollywood.com, Peperonity, TinyTube .
Кроме Нетворка Мобильного Реклама AdMob-а, с помошю сервиса Mobile Analytics пользователи мобильных сайтов могут получать информацию о том в какие категории сайта заходят их пользователи, помимо етого каждый месяц AdMob публикует отчет под именем Mobile Metrics который содержит статистические информации ползователeй мобилных технологий в во всем мире.
Kaspersky 2010 Antivirusunun reklam çarxı
Çərşənbə axşamı, 28 İyul, 2009 21:36
Bu günlərdə Ceki Çan Kasperski Antirvirusunun reklamında çəkilmişdir.
Ruslar isə ona cavab olaraq Videonu gözəl tərcümə ediblər
Sayta etibar etmək olar?
Çərşənbə, 15 İyul, 2009 11:20
İşimlə əlaqədar olaraq veb saytların test edilməsi üçün kompüterimdə daim Google Chrome, Internet Explorer, Opera və Firefox yükləmişəm. Son vaxtlar bu brouzerlərdən iksini daha çox işlədirəm.
Bunlardan biri Operadır ki onunla WML-də olan səhifələrə baxıram və bir də ki Twitter Widget-ini yükləyib orda operativ twittləri izləyirəm və postlar yazıram.
Digər və daim əlimin altında olan brouzer isə Firefox-dur. Firefox-un çox Add-on-ları var. Ondan başqa Firefox-da daxili sistem var ki əgər saytda virus varsa ora daxil olarkən o dəqiqə təhlükə barədə məlumat verir.
Elə viruslardan başlayıb, brouzerlərdən istifadə edərək saytın etibarlılıq və reytinqini qaldırmaq haqqında apardığım qısa bir araşdırmamı yazmağı qərara aldım.
Mən çox vaxt saytın dəyərini bilmək üçün 4 saytdan istifadə edirəm.
- cubestat - Öz qaydası ilə saytın trafikini hesablayıb o saytda reklamdan nə qədər qazana bilmək imkanı barədə məlumat verir. bir az müəmmalı olsa da əyləncəli və maraqlıdır.
- 2ip - saytın SEO üçün necə optimallaşdığını, axtarış serverlərindəki vəziyyəti barədə məlumat verir.
- Alexa Sparky - FireFox üçün Add-on-dur saytın Alexa reyinqində neçənci yerdə olmasını göstərir.
Alexa haqqında bilməyənlərə qısa məlumat verim ki Alexa dünyada saytların reyqtinqini təyin edən bir sistemdir. Sistemin hesablanması istifədə etdiyiniz Brouzerdə Alexa aləti ilə hesablanır. bunun üçün Alexa öz saytında Alexa Toolbarı və ya sayt sahiblərinə özləri üçün xüsusi Toolbar yaraqmaq imkanı da verir. Mən Firefox üçün add-on-dan istifadə edirəm. Əgər siz də sevdiyiniz saytın Alexa reytinqində qalxmasını istəyirsizsə cə Firefox işlədirsinizsə bu add-onu yükmələyi məsləhət görürəm. - WOT - Bu mənim ən çox servidim bir servisdir. Sosial baxımdan çox etibarlı bir sistem və saytlara qiyməti saytın alexa və s reytinqinə görə deyil, saytın etibarlılığlna görə araşdırır.
Test üçün 1-2 azəri saytını bu sistem vasitəsi ilə araşdırdım.- day.az - Digg, Delicious, dmoz.org və həta Wikipedia-da sayt barədə məlumatlar, istifadəçilərin müsbət rəyini aldığı üçün sayt 100%-li etibarlılıq cədvəlində 78% toplayıb.
- yumroo.az - saytda 100%-lik etibarlılıq cədvəlindən hələm ki heç bir nəticə yoxdur, amma sayt SpamCop tərəfdən minus rəy alıb. Bu tərəfdən bir az ehtiyatlı olmaq lazımdır.
- Saytı açarkən isə sayta daxil olarkən ehtiyatlı olmağı məsləhət görən wot sistemində 100%-lik etibarlılıq cədvəlindən 38% minus olmuş forex-az.info saytının isə işi acınacaqlıdır.
- Bütün günü mailboxumuzu spamla dolduran grbs saytı isə 52%-dir və minusa doğru gedir.
- day.az - Digg, Delicious, dmoz.org və həta Wikipedia-da sayt barədə məlumatlar, istifadəçilərin müsbət rəyini aldığı üçün sayt 100%-li etibarlılıq cədvəlində 78% toplayıb.
Odur ki siz də saytınızı yaradarən spam göndərmək və ya nakrutka eləmək kimi hallardan bir az uzaq durun ki sabahları problemlər olmasın. Ən yaxğısı sosiallaşmaq lazımdır ki layihə WOM, dost-tanış, normal reklam yolu ilə tanınsın.
















