Yenidən qayıdıram bizim bədvəxt ölkəmizdəki, bərbad İntrnetin(tır, tır) qiymətlərinə. Demək fevral ayın 1-dən Bakinternet qiymətlərinin enməsi barədə şok bir xəbər yazıb ki, sayta girəndə adamin gözlərinə girir. Hətta orda bir uşaq şəkli də qoyublar ki şokdan gülür. Amma ki o uşaq şəklinin orda olması başqa şeydir. Bu o deməkdir ki uşaq başı aldadırlar.
Demək belə, əvəllər 70 AZN ödəyib 256/256 interneti alırdıq yəni ki Download və Upload hər iksi 256 idi. İndi isə eyni qiymətə Download = 512, Upload isə 128 olub. Zəng edib bunun niyə belə edilməsi barədə soruşanda isə Dünya standartlarına görə Upload-ın sürətinin, Download-ın sürətindən 4 dəfə aşağı olmasının dünya standartına müvafiq etdiklərini dedilər. Azərbaycanın bu cür standartlarla getməsi çox gözəldir. Amma ki Dünya standartlarına görə ən azı 2 mbps sürətli internet verirlər və qiyməti də ki 30 USD-dən çox olmur.
Qısaca belə nəticəyə gəlmək ola ki Bakinternet qiymətləri aşağı yox, yuxarı qaldırıb.
Bax bu da bizim geriyə doğru inkişafımız…




