Posts Tagged ‘kompass’

Kataloq.NET və KOMPASS AZERBAIJAN

Thursday, 28 May, 2009 11:13

Bu gün 28 may Azərbaycanda Respublika günüdür. Bu münasibətlə xalqımı təbrik edirəm.

Bu gün münasibəti ilə kataloq.net saytının bloqundakı yazı diqqətimi çəkdi. saytda bir az dizayn dəyişiklikləri edilmiş və həmçinin nəhəng Ümumdünya İnformasiya Sistemi olan Kompas International standartları üzrə buraxılan KOMPASS AZERBAIJAN və Azərbaycanını Elektron Kataloqu olan Kataloq.NET resurslarını birləşdirmişdir.
Kataloq.NET

Kataloq.NET-də KOMPASS AZERBAIJAN kataloqundakı 6 500-dən çox müəssisələr haqında məlumatları artıq rahatca, vərəqləri səhifələmədən internet istifadəçiləri üçün standart formada axtara bilmək imkanı yaradılıb. Bunun üçün sadəcə Kataloq.NET saytında KOMPASS bölməsini seçib axtardığınız müəssisənin adını yazıb axtarış etmək kifayətdir.

Bu cür gözəl yenilikləri, Kataloq.NET kimi digər saytlardan dagözləyirik.

Kataloq.NET haqqında. Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir. Bu istiqamətdə atılan ilk addım, Azərbaycanın Digital Kataloqunun yaradılmasıdır.