Bu gün internetdə dünyanın ən varlı 100 adamının siyahısına baxırdım. Çox maraqlı məlumatlar əldə etdim və onları sizlərlə də bölüşdürmək istərdim.
Sən demə keçən ildən bu yana Bill Gates geriyə qalıb. Belə ki keçən il 56 milyard dollar pulu, 13 il Dünyanın ən milyarderi olan qaqaş, bu il 58 milyard pul yığıb, amma ki Amerikadan olan Warren Buffett adlı qaqaşla, Meksikadan olan Carlos Slim Helú 62 və 60 Milyard dollarla onu 3-cü yerdə qoyublar. Yazıq uşağı infarkt vurmasa yaxşıdır.
Növbəti gözümə dəyən maraqlı məlumatlardan biri o idi ki, sən demə Azərbaycanlılar da var bu siyahıda, amma ki Rusiya vətəndaşı kimi. Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov-un adını burada görəndə çox sevindim.
Statistikaya görə dünyada ən çox milyarderlər 1-ci yerdə Amerikada (371 Milyarder), 2-ci yerdə Almaniyada (56 Milyarder), 3-cü yerdə isə Hindistandadır (55 Milyarder).
Qonşu ölkələr olan Rusiya-da 53 Milyarder, Türkiyədə isə 25 Milyarder var.
Tez biz zamanda Azərbaycanlıların da rəsmi olaraq bu siyahıya düşməsi arzusu ilə sizlərə uğurlar.
Gəl bundan sonra yat da 🙂
Mübariz Mənsimov adinda olamlidir amma hamsisi vetandashliqdan imtina edirler:(
O siyahıda Azərbaycanlı var ki.
Mübariz Mənsimov. Sadəcə Türkiyə adından gedir. Keçən il Forbes Türkiyənin reytinqində 22ci idi. Xeyli də pulu var kişinin 🙂
Yuxusuzluq pis şeydir 🙂
Texniki hesablasaq, çirkli pullar və s. Siyahıda Birinci olarıq.
Yata bildin Reshad? 🙂
Texmini olaraq hesablasaq, sence azerbaycandan bu siyahiya neche nefer dusher?