Keçən ilki ənənəmə sadiq qalaraq, bu ilin də sonunda il ərzində gördüyüm işlərin hesabatını bloqumda yazmağı özümə bir borc bilirəm.
![]() |
![]() |
![]() |
![]() |
2010-cu il xırda layihələr və yerində addımlama ilə yadımda qaldı.
Seminarlar, Konfranslar və müəyyən tədbirlər
Bu il 2 maraqlı seminar və tədbirdə iştirak etdim.
Bunlardan biri İlin əvəllərində Günahlar Şəhərciyi sayılan Las Vegas-da, Microsoftun ən iri konfranslarından biri olan MIX10 idi. Azərbacandan bircə mən idim. Sağ olsunlar yaxşı ki Rusiyadan 4-5 nəfər getmişdi və orda 3 Türklə də rastlaşıb danışmağa imkan olmuşdur.
Tədbiri deyə bilmərəm, amma yeri çox super idi 🙂
Həə, bir də burda bir çox güclü trafiki olan sayt sahiblərinin işlətdikləri nginx sisteminin müəllifi Igor Sysoev-lə də tanış olmuşdum, yəqin ki bizim BarCamp-lardan birinə dəvət edərik.
Növbəti maraqlı tədbir isə ilin sonunda keçirilmiş MilliNet 2010 idi, Burda texnologi funksionallıq üzrə Juri-nin üzvü idim. 300-dən çox sayt arasından 74 (yoxsa 75?) sayt seçmək və bu saytların hamısı üçün bir bir qeydlər yazmağın əzabı və sonda təqdimat mərasimində onun nəticəsini görmək çox maraqlı idi. Qalib gələn saytları bir daha təbrik edirəm.
Öyrəndiklərim
Bu il İngilis dilimi bir balaca təkmilləşdirmişəm, proqramlaşdırmada yeni dil yox, yeni üsullar öyrəndim.
Ümumi olaraq bir az irəliləmişəm.
Layihələr
![]() |
![]() |
![]() |
Artıq müştərilərdən olan sifarişlərə yox deyib, şəxsi layihələrimə daha çox üstünlük verməyə balşamışam. İl ərzində 1-2 sifariş götürüb tez bir zamanda onları təhvil vermişəm.
Xüsusi xidmətlərdən APA-nın lent.az, vesti.az və deputat.az saytlarına 2-3 aylıq nəzarət etmişik.
Noyabr ayında Seçkilərlə əlaqədar olaraq infocenter.gov.az saytına 2-3 günlük təhlükəsizlik xidməti göstərdim. (Bu işdə mənə dəstək olduqlarına görə Arif, Oruc və qrup yoldaşım Hikmətə təşəkkürlər)
Yeni layihələrimdən 2-3 layihəmin üzərində indi də işlər gedir, yəqin ki ilin əvvəli sizləri onlarla sevindirəcəyəm.
Elnurla (DOZO) yeni poni.az endirim kuponlarının satışı sistemini xoda saldıq. Layihənin ilk uğurları gözəldir. Əminəm ki gələn il daha da irəliyə gedəcəyik.
İlin sonunda köhnə layihələrimdən olan wap.xana.az saytına yanaşma prinsipində xırda dəyişikliklər etdim. Saytın istifadəçiləri keçən ilki kimi stabil olaraq qalmışdır.
İlk Addımlar layihəsində 2 yeni dərslik əlavə edilmiş, referat.firststeps.az bölməsində 1 il ərzində istifadəçilər tərəfindən göndərilən referatların sayı əvvəlki illər ərzində göndərilənlərdən çox olmuşdur və ümumi referatların sayı bu günlərdə (ilin sonunda) 1000-ə çatmış və hətta bir az keçmişdir. Deyəsən təhsilimizdə bir az dirçəliş olub 🙂
moxito.az saytında xırda BUG-ları aradan qaldırmış, korporativ stil dəyişmiş, Kredit Kartları ilə ödənişlər aparmaq üçün GoldenPay sisteminə qoşulmuş və sonu uğursuz da olsa bir danışıq aparılmışdır. Gələn ildə sistemə yanaşmada xırda dəyişikliklər edilməsi planlaşdırılır.
Səyahət
Bu il çox olmasa da cəmi 3 ölkədə oldum.
Bunlar Rusiya, ABŞ və Çexiyadır. Lakin səyəhətində olduğum müddətdə, mənim üçün yeni icad etdiyim ABŞ (Rusiya və Çexiyada əvvəlki illərdə olmuşdum) elə filmlərdəki kimi də olaraq arzular ölkəsi olaraq yadımda qaldı.
Gəzdiyim 3 New York, Nevada və California ştatları haqqında isə fikirlərim belə olmuşdur.
![]() |
![]() |
![]() |
İlk olaraq Nevada ştatında, daha dəqiq desək Las Vegas-da oldum. Şəhərin gecəsi gündüzü yoxdur. Bütün günü əyləncə, hər yer kazinoları ilə adamı valeh edirdi. Aeroportdan düşən kimi kazinoda 20 usd qoydum və 40 usd uddum, sabahısı günü isə 40 usd-ni qoyub 50 usd uduzdum və beləcə kazino oynamaq şəhvətimə son qoydum 🙂 Necə deyərlər nəfsimi öldürdüm.
![]() |
![]() |
![]() |
Sonra ən çox sevdiyim California ştatında oldum, San Francisco-dan keçərkən ayaq saxlaya bilməsəm də, 2 gün Disneyland-da oldum, gəzdim və Disneyland haqqında deyilən Dünyanın ən şən şəhərciyi adının niyə belə olduğunun real şahidi oldum.
![]() |
![]() |
![]() |
Sarı taksiləri, göydələnləri, Azaqlıq heykəli, və ən əsası biznez mərkəzləri ilə tanınmış New York haqqında isə bir az mənfi rəydə oldum. Bəlkə də kriminal zona olan Brooklində qaldığım üçün belə fikirdəyəm, amma onu deyə bilərəm ki New York Bakının zibilli versiyasıdır 🙂 Bir də Bakıda Forbes Jurnalının ofisi və Bloomberq kimi meri yoxdur (Digərlərini yazmayım).
Yeni iliniz mübarək…
2011-də əminəm ki daha iri layihələrim(iz) olacaq.
[…] illərki qaydama sadiq qalaraq(2009, 2010, 2011, 2012, 2013) bu gün də illik hesabatımı sizlərə təqdim […]
[…] və 2010-cu illərki kimi bu ilin sonunda da post yazımı illik etdiyim işgüzar və sosial işlərimin, […]
Gec de olsa, chox sagh ol Ayten 🙂
Gecdə olsa uğurlar arzu edirəm yeni ildə sizə:)
P.S. post çox xoşuma gəldi)
Saol Valeh,
Shaiq kreativ tebrike gore teshekkurler, lezzet verdi )
Yeni ilin mübarək Rəşad.
2011-in sonunda yazmağa daha çox material olsun. Uğurları oxuduqca brouserin scroolu çəkməklə bitməsin :). Daha çox tədbir, daha çox proyekt, daha çox uğur…
Qəşəng! 🙂 Yeni ildə yeni layihələrlə bizi sevindirməyini gözləyirik ))
Saol İlqar, ideyalar həmişəki kimi çoxdur, səndən də bu tipli bir bloqpost gözləyirik 🙂
Təbriklər! İnanıram ki, üzümüzə gələn il bu il qalmış planlarımızı həyata keçirəcəyik! 🙂
Farahim, ABŞ haqqında yazmaqla bitmez ) Gərək bir video blog hazırlayım.
Gesheng! Oxuduqca oz xatirelerim yadima dushdu, ABS haqqinda daha cox yaz..
Gelen il sennen daha cox zad gozduyuruy.
Bu il işlər bir az az olub. Əsasən şəxsi layihələrə yönləndiyim üçün tam gücüm onlara gedib.
Nə əcəb bu il az yazmısan? Hesabat formaları və statistika haqda məlumat-da yazmamısan, keçən ilki kimi…