MilliNet 2011 – Verdiyim səslər…

Sunday, 25 December, 2011 03:08

Bu il keçirilən MilliNet-də də münsiflər heyətində idim. Get gedə daha da ciddi və hər dəfə münsiflər heyətinə yeni peşəkarların cəlb edilməsi MilliNet Milli İnternet Mükafatının səviyyəsini daha da artırır. Düzdür qayda olaraq narazı qalanlar da var idi, amma düzünü deyim saytlar artdıqca keyfiyyətlərinin aşağı düşməsi bir az ürək ağrıdan bir hal idi.

Kateqoriyalar üzrə hansı saytın qalib gəlməsini millinet.az saytından baxa bilərsiz.
Mən bu postumda MilliNet-də hansı sayta neçə xal və nə qeydlər etdiyimi yazacağam. Ümid edirəm ki bu postumun hesabına digər sayt sahibləri də bir az özlərinə gələcəklər və iştirak edən saytlar isə öz saytlarında düzəlişlər edəcəklər ki gələn il daha da şansları artsın.

 

Korporativ saytlar – 6 sayt

http://studio.joy.az – Xal: 4

Gözəl proqramlaşdırılıb, lakin URL-də bölmələrin adları English olması düzgün deyil.

 

http://digitalstream.ws – Xal: 2

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Hansısa səhifədə olanda lang dəyişəndə yenidən ilk səhifəyə qayıdır.

Shifələrdə gəzərkən arada 500 Internal Server Error çıxır.

 

http://ariks.org – Xal: 1

Bir linkdən digərinə keçdikdən sonra, saytdakı logoya sıxanda ilk səhifəyə qayıtmır. Funksionallıqda onu nəzərə almalı idilər.

SEO-da PHP fayllardansa onu .htaccess-lə html kimi etsə daha yaxşı olardı

 

http://bakond.az – Xal: 3

Saytda URL-fə UTF-lə olan sözlər replace olunub

Axtarış bloku var, amma ki aktiv deyil.

Sol menyuda, İstehsalçılardan hər hansını seçib açılan siyahıdan məhsullara sıxanda səhifə açılmır.

title-da digər səhifələrə keçdikdə SEO üçün bakond yazılsa idi yaxşı olardı.

 

http://spc.az – Xal: 0

Sayt DLE üzərində qurulub

Linklərdə SEO nəzərə alınmayıb

 

http://www.azerinsaat.com – Xal: 0

Sayt açılarkən menyunun fləş olması düz deyil. Ola bilər ki kimdəsə flash yoxdur onda sayta daxil olmaq olmayacaq.

Sayt Joomla pulsuz CMS-i üzərində qurulub ki bu da sonra saytda təhlükəsizlik problemləri törədə bilər.

 

İctimai-sosial saytlar – 5 sayt

http://www.ramilsafarov.info – Xal: 4

Sayt Bloq olmasa da WordPress Bloq sistemi qurulub. Bu həm də təhlükəsizlik tərəfdən düzgün deyil.

Saytda axtarış edəndə 404 Not Found verir.

 

http://www.aim-az.com – Xal: 1

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Hər hansı səhifədə olarkən dil dəyişəndə yenidən ilk səhifəyə qayıdır.

Axtarış vaxtı “text a href b” yazırsan, bütün nəticəni göstərir.

 

http://www.fotobank.az – Xal: 0

Sayt pulsuz CMS sistemi olan WordPress üzərində qurulub.

Abunə hissəsində maili səhv yazanda çıxan alert ingiliscə olur (Your email seems wrong, check it please.)

Axtarışda nə isə səhv yazanda Almanca yazı çıxır

Oops, nichts gefunden

Entschuldigung, aber es konnte nichts Passendes gefunden werden.

Benutze doch

“a” yazıb axtaranda isə bütün nəticə çıxır.

 

http://aegee-baki.org – Xal: 2

Sayt pulsuz CMS sistemi olan Drupal üzərində qurulub.

Saytda nə isə axtarış etmək istəyirsən “Daxilolmaya maneə törədildi” yazılır. Amma daxil olmağa bir yer yoxdur.

 

http://www.legalforum.az – Xal: 3

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Axtarış edəndə nəticə rusca çıxır. (Результатов нет)

 

Mediavə İnformasiya – 7 sayt

http://www.livetv.az/ – Xal: 0

İşləməyən linkin saytda olması yaxşı deyil (forum)

Dil seçimləri işləmir

radio linki işləmir

Kanallar hissəsinə daxil olanda heç nə anlamaq olmur, siyahı düz çıxmır.

 

http://www.droid.az – Xal: 0

Linkərin bəziləri işləmir (Forum, Mobil versiya, Kitabalr, Sual-cavab, Reklam

Sayt WordPress Bloq sistemi üzərində qurulub.

 

http://az.salamnews.org/az/ – Xal: 3

URL-də SEO nəzərə alıb, amma əöü və s hərihləri replace etməklə düz etməyiblər.

Axtarışda “a” yazıb axtaranda çəx nəticə çıxır.

Reklamların çoxu standart ölçüdə deyil. ( http://en.wikipedia.org/wiki/Web_banner )

Hər hansı səhifədə olarkən dil dəyişəndə yenidən ilk səhifəyə qayıdır.

 

http://www.yayim.net – Xal: 4

Sayt WordPress Bloq sistemi üzərində qurulub.

 

http://www.reportyor.com – Xal: 2

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

480×86, 201×86 ölçüsündə olan reklamlar standartları ödəmir. ( http://en.wikipedia.org/wiki/Web_banner )

Axtarış edəndə nəticə rusca çıxır. (Результатов нет)

 

http://www.banks.az – Xal: 1

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

570×70, 200×200 – bannerin ölçüsü standartda deyil. ( http://en.wikipedia.org/wiki/Web_banner )

Azərbaycan dilində, sağ tərəfdə rəy qoymaq üçün çıxan blookda rusca çıxır yazı.

 

http://ahlibeyt.az – Xal: 0

Sayt açıq kodlu CMS Danneo sistemi üzərində qurulub.

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Səhv axtarış edəndə nəticə rusca çıxır. (Искомое слово должно быть не менее 3 и не более 30 символов!)

 

 

Mədəniyyət, incəsənətvə turizmsaytları – 7 sayt

http://www.bakulife.az – Xal:  1

Axtarışda “a” yazıb axtaranda belə bir səhv çıxır. (Fatal error: Allowed memory size of 33554432 bytes exhausted (tried to allocate 24 bytes) in /home/citylif2/public_html/mysearch.php on line 200)

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://azeriart.net – Xal: 0

Abunədə e-maili düz yazıram, amma deyir ki səhv var. e-mailim: rashad@aliev.info

Foruma daxil olduqda səhv verir: SQL ERROR [ mysql4 ], Access denied for user ‘azeriart’@’localhost’ (using password: YES) [1045]

 

http://ilyasafandiyev.musigi-dunya.az/ – Xal: 4

Daxili səhifələrdə Adının üzərinə sıxıb ilk səhifəyə qayıtmaq olaydı yaxşı olardı.

Əsərlərin hər hansı birində, əsərə baxarkən. Azərbaycan dilində olmasına baxmayaraq düymələr ingilis dilindədir. http://ilyasafandiyev.musigi-dunya.az/photogallery/epistolyar/korpusalanlar/pages/image/imagepage3.html

 

http://melekxanim.com – Xal: 3

Sayt achiq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Şəkillər bölməsində, Bütün və Fotosessiya düymələrini basanda heç bir dəyişiklik olmur.

 

http://www.gabalacity.com – Xal: 0

Sayt achiq kodlu olan Dle CMS-i üzərində qurulub.

Saytda qeydiyyatı keçəndə, Azərbaycan dilində olmasına baxmayaraq. “Общие правила на сайте” Rusca yazır.

 

http://eurovisionaz.comXal: 2

Sayt achiq kodlu olan Joomla CMS-i üzərində qurulub.

 

http://www.travelshop.az – Xal: 0

Uçuş axtarışında Yenidən axtar və Axtarış parametrlərini dəyişin sıxanda heç nə olmur.

Ümumiyyətlə axtarış işləmir.

 

 

Ailə, uşaq və sağlamlıq – 6 sayt

http://www.bebe.az – Xal:  4

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://www.victimprotectioncenter.az – Xal:  3

Sayt achiq kodlu olan Joomla CMS-i üzərində qurulub.

 

http://saglamaile.az – Xal:  0

Ən aşağıda scroll var, amma nə üçün olduğu aydın deyil.

Saytda səhv link yığanda rusca 404 çıxır. (saglamaile.az/sfsdgdfsg)

Axtarış işləmir

 

http://aztibb.com – Xal:  0

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Axtarışda nəticə olmayanda “Sorry, nothing matched your criterias” İngiliscə yazır.

 

http://diabet.az – Xal:  0

Sayt achiq kodlu olan Joomla CMS-i üzərində qurulub.

menyudakı linkləri sıxanda səhifələr yeni pəncərədə açılması yaxşı deyil.

Axtarışda səhifə Azərbaycandilində olmasına baxmayaraq Rus və İngilis dillərində çıxır.

 

http://dermatologiya.az – Xal: 0

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Axtarışda nəticə olmayanda “No posts found. Try a different search?” İngiliscə yazır.

 

 

Asudə vaxt, idman və əyləncə – 6 sayt

http://qeyd.az – Xal: 4

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Hər hansı bölmədə gəzəndə, Müəllif: Ravan Baghirov on December 11, 2011  tarixi english yazır.

 

http://tennisinfo.az/ – Xal: 1

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

 

http://tac.az – Xal: 0

Sayt achiq kodlu olan Dle CMS-i üzərində qurulub.

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://www.kinoaz.com – Xal: 2

Sayt achiq kodlu olan Dle CMS-i üzərində qurulub.

 

http://www.aramizdaqalsin.az – Xal: 3

Bəzi bölmələr boşdur, amma link qoyulub sayta.

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://www.park.az – Xal: 0

Qeydiyyatdan keçərkən, əgər səhv varsa formada, bütün məlumatları yenidən doldurmaq lazım olur

Qeydiyyatdan keçdikdən sonra yenə də qeydiyyat forması açılır. Ondansa login page açılsa idi rahat olardı

 

Bloqlar – 5 sayt

http://www.android-az.com – Xal: 4

Bloqlar bölməsində hazır CMS qoyulmasına üstünlük verildiyi üçün, funksionallıqla əlaqədar səs verməkdə çətinliklər çəkirəm. Xırda elementlərə daha çox fikir versəm və xal aşağı düşsə nəzərə alın ki o xırda səhv digər rəqibinizdə yoxdur.

 

http://www.cahid.info – Xal: 5

Bloqlar bölməsində hazır CMS qoyulmasına üstünlük verildiyi üçün, funksionallıqla əlaqədar səs verməkdə çətinliklər çəkirəm. Xırda elementlərə daha çox fikir versəm və xal aşağı düşsə nəzərə alın ki o xırda səhv digər rəqibinizdə yoxdur.

 

http://kinoklik.com/ – Xal: 3

Bloqlar bölməsində hazır CMS qoyulmasına üstünlük verildiyi üçün, funksionallıqla əlaqədar səs verməkdə çətinliklər çəkirəm. Xırda elementlərə daha çox fikir versəm və xal aşağı düşsə nəzərə alın ki o xırda səhv digər rəqibinizdə yoxdur.

Bloqlar bölməsidirsə bu saytın ən azından FB səhifəsi, Tvitteri, G+ ı və RSS abunəsi olmalıdır: kinoklik-də G+ yoxdur və Abunə gözə dəymir.

 

http://www.abdinova.com/ – Xal: 2

Bloqlar bölməsində hazır CMS qoyulmasına üstünlük verildiyi üçün, funksionallıqla əlaqədar səs verməkdə çətinliklər çəkirəm. Xırda elementlərə daha çox fikir versəm və xal aşağı düşsə nəzərə alın ki o xırda səhv digər rəqibinizdə yoxdur.

Menyunun english, amma məqalələrin Azərbaycan dilində olması bir az adamı çaşdırır

Bloqlar bölməsidirsə bu saytın ən azından FB səhifəsi, Tvitteri, G+ ı və RSS abunəsi olmalıdır: RSS abunə nə isə gözə dəymir.

 

http://memarliq.com – Xal: 1

Bloqlar bölməsində hazır CMS qoyulmasına üstünlük verildiyi üçün, funksionallıqla əlaqədar səs verməkdə çətinliklər çəkirəm. Xırda elementlərə daha çox fikir versəm və xal aşağı düşsə nəzərə alın ki o xırda səhv digər rəqibinizdə yoxdur.

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Bloqlar bölməsidirsə bu saytın ən azından FB səhifəsi, Tvitteri, G+ ı və RSS abunəsi olmalıdır: G+ yoxdur və RSS abunə nə isə gözə dəymir.

 

 

Elm və təhsil – 5 sayt

http://azadfikir.org – Xal: 1

Sayt achiq kodlu olan Joomla CMS-i üzərində qurulub.

URL-də SEO nəzərə alıb, amma əöü və s hərihləri replace etməklə düz etməyiblər.

Saytın azəri versiyasında nə isə səhv axtarış edəncə İngiliscə çıxır (Total: 0 results found. )

Xəbərlər, mühazirələr-də gəzərkən İrəli, geri səhifələnmə yerinə ingiliscə yazılır. (<< Start < Prev)

 

http://elmipress.com – Xal: 0

Sayt achiq kodlu olan Joomla CMS-i üzərində qurulub.

Axtarışın yarı ingilis, yazı azərbaycança çıxması düzgün deyil. (Search Only: )

Sponsora sıxırsan, search çıxır

Əlaqədə isə forma tam ingiliscə çıxır.

 

http://www.alunatpro.de – Xal: 2

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Dil seçimində təmir getməsi barədə linkin olması yaxşı deyil, eledirsa onda 5-6 dil adı qoymaq olar və o dildə yaza bilərsən ki sayt təmirdədir.

 

http://joomla-az.org – Xal: 4

Qeydiyyata basanda belə bir səhv çıxır. “An internal error occurred: 4B41CA3A52238.AB40E45.25E4 ”

 

http://agsuexpedition.org/ – Xal: 3

Saytın altındakı tvitter və facebook linkləri işləmir.

Hansısa səhifədə olarkən, dil dəyişmək istəyəndə ilk səhifəyə qayıdır.

 

 

Dövlət və bələdiyyə saytları – 5 sayt

http://mlspp.gov.az – Xal: 1

Linklərin URL-lərində, saytın title-ında SEO nəzərə alınmayıb

Xəbəri oxuyarkən, dil dəyiçirsən yalnız menyu dəyişir, amma mətn dəyişmir.

Səhv sorğu verəndə axtarışda, belə yazır. Sorğuya aid m?lumat tapılmadı ! Ə əvəzinə ? qoyur.

axtarışda a yazırsan bütün saytın nəticələrini göstərir.

 

http://www.azersu.az – Xal: 4

axtarışda a yazırsan bütün saytın nəticələrini göstərir.

 

http://www.sspf.gov.az/ – Xal: 2

Linklərin URL-lərində, saytın title-ında SEO nəzərə alınmayıb

axtarışda a və ya ‘ yazırsan bütün saytın nəticələrini göstərir.

 

http://www.apus.az – Xal: 3

Linklərin URL-lərində, saytın title-ında SEO nəzərə alınmayıb

Axtarışda XSS səhv var. <h1>aaaaaaa</h1>

 

http://economy.gov.az – Xal: 0

Sayt açıq kodlu olan Joomla CMS-i üzərində qurulub. Dövlət saytı üçün Açıq kodlu CMS-in istifadəsi absurddur. Təhlükəsizliklə əlaqədar o CMS-də problem çıxarsa, saytın sındırılma ehtimalı daha çox olar.

 

 

Xidmət (Servis) – 6 sayt

http://yerler.im – Xal: 4

Yerlərin ico-larının hamsı eyni olması bir az adamı çaşdırır

 

http://villa.az – Xal: 1

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://clubshop.az – Xal: 2

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Sayta baxan yerdə birdən birə sayt dayandı. just-ping.com baxanda saytda paketler lost olur, serveri zəifdir.

 

http://translate.intelsoft.az – Xal: 5

Gözəl yığılıb, səhv tapa bilmədim.

 

http://mayka.az – Xal: 0

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

Əlaqədə usr_custinfo_email məsələsində səhv gedib. qeydiyyatda da eyni səhv var.

Daxil olduqda mənim məlumatım hissəsində çox qarışıqlıqdır. Məs: affp_title » pgn_affpr_earn_money affp_attract_guide

Kataloq-da (no name) yazılarını yığışdırsa yaxşı olardı.

Digər səhifələrdən ilk səhifəyə qayıtmaq üçün logonun link olması yaxşı olardı

 

http://en2az.net – Xal: 3

Axtarış edəndə nəticə yeni pəncərədə açılır.

Axtarış edəndən sonra, əgər nəticə yoxdursa formanı gərək yenidən yazasan.

 

 

İstifadəçi kontenti üzərində qurulmuş saytlar – 5 sayt

http://cavablar.net – Xal: 4

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Saytın Title-inda SEO nəzərə alınmayıb

 

http://yenibazar.com – Xal: 5

Linklərin URL-lərində SEO nəzərə alınmayıb

 

http://professionals.az – Xal: 1

Sayta daxil olan adi istifadəçi təbii ki ilk olaraq qeydiyyatı axtarır, amma burda qeydiyyat linki hesabım linkinə girdikdən sonra gözə dəyir.

Sayta login olanda yazır ki 1 məktub var, daxil olub məktubu oxuyursan yenə 1 rəqəmi qalır. Gərək o 1-in yoxa çıxması üçün saytı yeniləyəsən ki o yoxa çıxsın. Eyni cür hal da Ana Səhifə linkinin üzərindəki (1) rəqəmi üçün də olur.

 

http://www.byte.az – Xal: 2

Sayt açıq kodlu olan Dle CMS-i üzərində qurulub.

Funsionallığa görə axtarışda nə isə axtarırsan, amma axtarış etdiyini bilmirsən, səhifənin aşağı hissəsində nəticə çıxdığı üçün. headeri eledə yığışdırsa idi yaxşı olardı.

 

http://www.avtoklub.az – Xal: 3

Sayt açıq kodlu olan WordPress CMS-i üzərində qurulub.

Axtarış edirsən, nəticə çıxmayanda ingiliscə yazır “No Results Found”

 

6 Responses to “MilliNet 2011 – Verdiyim səslər…”

  1. Rahmad says:

    salamlar Qedewlwer burda kim cat sayit acib yixa bilir yani pullu domenli cat .biz kimi .ws .az v..s..kim aca blriise pulla oyrede bilerse mene mende cat sayit yixmax isleyirem ama bilmirem nece acmax olur hara girib acmaxi bilmirem xayiw edirem bunu bilen varsa pulluyla oyredsin meni birde xayiw edirem bu nomureyle elaqe saxlasnin TEL..0515099854:: ..0707228242

  2. 1973-1978 AZƏRB. İnşaat Mühəndisləri İnstitutu. Sənaye və Mülki Tikinti ixtisası . tələbə 1978-1980 Ordu Sıraları, Əsgəri xidmət 1981-1987 Tikinti tresti “Отделспецпромстрой” Gəncə şəhəri. mühəndis,simeta-layihəçi,tikinti sahələrində usta, iş icraçısı 1987-1988 Tikinti Materialları Kombinatı. Gəncə şəhəri baş mühəndis 1988-1990 “Memar – Əcəmi Kooperativi Xanlar rayonu sədr 1990-1993 2№-li “Qaçqıninşaat” tresti. Samux rayonu 6№-li SMD tikinti idarəsində baş mühəndis, idarənin rəisi və həmin trestin Sənaye Kombinatının direktoru . 1994-1997 “Gəncə” sərbəst kiçik müəssisəsi .Gəncə şəhəri. direktor müavini 1997-1999 3 saylı Mülki-Tikinti Xidmətlər Distansiyası Gəncə şəhəri .idarənin rəisi 2000-2004 ООО “Ингеомспецстрой” RF Moskva şəhəri. iş icraçısı 2005-2006 OOO “Петроспецстрой”. RF Sankt-Peterburq şəhəri tikinti sahəsinin rəisi 2006-2012 OOO “Дома Особого Назначения” . RF Moskva şəhəri. Tikinti sahəsinin rəisi (RF Əməkqanunvericiliyinin 2006-cı ildə olan mövcüd dəyişikliklərindən sonra qeyri RF vətəndaçları üçün Əmək kitabçalarında qeydiyyat aparılmamışdır).

  3. Rashad Aliev says:

    Oruc, yaxshi yaddashin var )))

  4. Oruj says:

    Rəşad, SEO söhbətində mərcdə uduzmağını unutmamışam və qonaqlığımı yanvarda bakıya gəlim gözləyirəm 🙂

  5. Rashad Aliev says:

    Sonradan mən də dəyişib qeydimi edə bilərəm. Amma yaxşı ki düzəltdiz. Sevindirici haldır.

  6. http://saglamaile.az/sfsdgdfsg

    Harda gorursunuz burda rus dilinde 404’u? Azerbaycanda 404 uchun ayrica kontent hazirlayan 3 nefer varsa biri menem. 🙂 Siz nece arashdirmisiniz, men anlamadim. Axtarishla da her shey qaydasindadi. Ne ise.

Leave a Reply

*