Martın 7-si poniyə endirim təklifini müzakirə etmək üçün Mobitel-ə getmişdim.
Onlar isə, əlavə olaraq mənə bir Nokia Lumia 800 hədiyyə etdilər. Bundan sonra ora tez-tez getmək istədim lap 🙂
Bu günlərdə başladım telefonu incələməyə.
Bəzi müsbət və mənfi cəhətlərini qeyd etdim, onları sizlərlə də bölüşmək istərdim.
İlk olaraq müsbət cəhətlərini qeyd edim:
– Gözəl şəkil çəkmək funksiyası var, belə ki, digər telefonlardan fərqli olaraq, burda şəkil çəkmək üçün telefonun ekranında obyekti seçərək, üzərinə toxunmaq kifayətdir. Bu zaman, kamera obyekti əsas götürərək şəkli çəkir.
– Ekranın həssaslığını digər Nokialarda müşahidə etməmişdim. Çox həssasdır.
– Marketdən Flashlight yüklədim, elə bil əsl fanardır, çox güclü işıq salır 🙂
– Google contacts ilə Sync etdim və bütün nömrələri rahatca bu telefona yükləyə bildim. Bu, xoşuma gəldi.
– MS Ofis proqramlarının telefonun üzərində gəlməsi super oldu.
İndi isə, keçim mənfi cəhətlərinə:
– İlk problem mini SIM card oldu, telefonla işləmək üçün SİM kartımı dəyişməli oldum. Bu telefonlara standart SİM kartlar getmir.
– Call log-da bir nömrəyə ardıcıl olaraq nə qədər zəng etsən, hərəsi bir-bir göstərəcək, qruplaşma yoxdur.
– Zəng edərkən telefon öz-özünə restart gedirdi, sonra Zune-da yeni versiyası çıxdı, yenilədim. İndi zəng edəndə yox, danışan vaxtı eyni proses olur.
– Marketplace-da app çox azdır, maraqlıları isə çoxu pulludur (Angry Birds və s.)
– Danışarkən gərək telefonu konkret düz tutasan, bir az əyən kimi səsin yoxa çıxır.
– Batareyası başıma oyun açır, yatıb-dururam, görürəm telefon sönüb 🙂
– Batareyanı dəyişmək olmur. Bu da pisdir, bundan əvvəl məndə Ideos X5 var idi, onun üçün ebay-dan 2-3 dənə batareya almışdım, vacib lazım olanda, elə o dəqiqə dəyişirdim. Amma bunda gərək enerji mənbəyi axtarım 🙂
– GPS gah dəqiq verir koordinatları, gah da ki, 1-2 km səhv ilə. Əvvəlki Nokialarda da belədir. Foursquare-da xal yığa bilmirəm 🙂
Hələlik bu qədər.
Məncə, mənfi cəhətləri vaxt keçdikcə düzələcək və müsbətə çevriləcək.