2012 də beləcə bitdi…
![]() |
![]() |
![]() |
![]() |
Əvvəlki (2009, 2010, 2011) illərə sadiq qalaraq bu il üçün də hesabatımı bloqumda yazmağı özümə borc bilirəm…
Bu ili daha çox təcrübə toplamaqla məşğul olduğumu sadalasam yanılmaram. İl ərzində daha çox müxtəlif layihələr üzərində iş və təhsil sahəsində çalışmışam. İndi isə geniş hesabatımı sizlərə təqdim edim.
Demək belə…
İlk olaraq səyahətdən başlayım.
Səyahət
Bu ili demək olar ki dincəlməmişəm, bircə ilin əvvəlində 1 həftəlik Bakuriani-yə getdim, orda xizək-də yıxıla yıxıla sürüşdüm, qar skooter-ini sürdüm… Yaxşı yerdir, qışda orda dincəlməyi məsləhət görürəm.
![]() |
![]() |
![]() |
![]() |
Təhsil
Bu il Xəzər Universitetində ilk dəhə kreditli dərs deməyə başladım. II semestrdə Fevral-May aylarında Internet Programming mövzusunda dərs keçdim. Dərsdə qısa vaxt ərzində tələbələrə HTML, CSS, PHP, MySQL ətrafında təlim keçdim. Gələn il də bu mövzularda tədris etmək planlarım var.
Növbəti təlimlərimdən biri MHM-da PHP mövzusu ətrafında oldu.
Həmçinin “Elektron hökumət və media” Layihəsi çərçivəsində Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədi ilə keçirilən təlimlərdə “İnformasiya təhlükəsizliyi” mövzusunda təlim keçdim.
Digər bir təsdisim isə “Mən də varam” layihəsi çərçivəsində kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan və eləcə də aztəminatlı ailələrdən olan gənclərə informasiya texnologiyaları sahəsində bir neçə təqdimatlar etdim. Bunlar saytlar, mobil internet və internetdən pul qazanmaq mövzularını əhatə edirdi.
Bu ili daha bir maraqlı hadisə də oldu, beləl ki Xəzər Universitetində PhD üzrə imtahandan keçib, qəbul olundum. İndi əgər maddi və mənəvi imkanlarım olsa mövzu və elmi rəhbər seçib müdafiə edəcəyəm.
Seminar, Konfrans və müəyyən tədbirlər
İlk olaraq bu il Azərbaycanda ilk dəfə olaraq mobizin təşkilatçılığı ilk olan “Azərbaycanda mobil biznes imkanları” adlı konfransı qeyd etməyə bilmərəm. Konfransda yerli və müxtəlif ölkələrdən gələn ekspertlərin çıxışlarından bu konfransın necə önəmli və iri həcmli olduğunu anlaya bilərsiz.
![]() |
![]() |
Sonra ilin sonu MilliNet müsabiqəsi isə Azərbaycanın internet məkanında saytların nə dərəcədə gücləndiyinin sübutudur. Bu müsabiqədə mən funksionallıq münsifi kimi iştirak edirdim. Qısa qeyd edim ki bu ilki saytlar əvvəlki illərlə müqaisədə çox güclü idilər və seçimdə hər xırda bri elementə fikir verirdim ki dəqiqlik olsun.
Digər uğurlu tədbirlərdən biri isə Hackathon-lar olduğunu qeyd etsəm yanılmaram. Belə ki 2012-ci il ərzində 3 Hachathon, 42 mobil tətbiq yazılmışdır.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Layihələr
Bu il yeni layihəyəbaşlamadım. Bu bölmədə yazımı 3 qrupa böləcəyəm.
1. İnkişaf
Bu il əsasən İlk Addımlar layihəsinin inkişafı ilə məşğul olmuşuq. Belə ki sertifikatlaşdırma sistemini daha da təkmilləşdirmiş, yeni layihələr reallaşdırmışıq. Ətraflı olaraq İlk Addımların bloqundan bu barədə məlumatlar əldə edə bilərsiz.
2. Təcrümə topladığım layihələr
Burda bir neçə sahədə layihələr təklif edim amma heç bir nəticə əldə etmədiklərimi sadalamaq istədrim.
Bunlardan biri onlayn Şahmat turniri üçün hazırladığım layihədir. Digəri bir tenderdə iştirak etdiyim layihə oldu, lakin bütün sənədlərdən uğurla keçməyimə baxmayaraq rəqibimin daydayı güclü olduğu üçün sadəcə olaraq tenderi ləğv elətdirdi 🙂
Sonra Barama-nın qrant layihəsində elə belə start bir layihə verdim və ordan bəzi şeylər öyrəndim.
RİTN, PA və infiproya isə freelance layihə üçün bir təklif göndərməyimə baxmayaraq hamsından sükut cavabı aldım. ))
3. Satış
poni.az saytını Qazaxıtsanın Chokolife.me layihəsi gəlib aldılar.
warages layihəsini qrup yoldaşıma hədiyyə etdim.
Yeni iliniz mübarək
Əslində il ərzində gördüyüm işlər burda yazdıqlarımla bitmir, sadəcə xırda da olsa maraqlı olan işlərimin reportunu hazırladım.
Arzu edirəm ki yeni ildə hamınız üçün daha uğurlu və gözəl olsun…
[…] illərki qaydama sadiq qalaraq(2009, 2010, 2011, 2012, 2013) bu gün də illik hesabatımı sizlərə təqdim […]
🙂
2013çü ilin reportu daha maraqlı olacaq umid edirəm ən azı 🙂